STP Şirkətlər Qrupu Azərbaycanın daxili bazarının tələbatını tam ödəməklə yanaşı, müvafiq məhsulların xarici bazara satışını həyata keçirtmək gücündədir. STP yalnız bir çox sənaye və elektroenergetika sahələri üçün məhsul və mühüm avadanlıqlar istehsal edən sənaye mərkəzi deyil, həm də müasir texnologiyaların, innovasiyalı mühəndisliyin geniş profili və ekoloji mərkəzidir.
“STP Global Cable” Texnoparkın nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları istehsalat sahələri daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir. “STP Global Cable” şirkətinin “Kabel istehsalat sahəsi” regionun həm məhsul çeşidinin çoxluğu, həm də həcm baxımdan ən iri kabel istehsalçısıdır.
“STP Alüminium” “Alüminium və mis profilləri istehsalat sahəsi” və “Texniki Qazlar istehsalat sahəsi”nin idarəsini həyata keçirdir. “Alüminium və Mis Profilləri istehsalat sahəsi” 2014-ci ildə istismara verilib. Zavodda alüminium əritmə və pəstahalma, alüminium profillərin istehsalı, toz boya, mis əritmə və mis profillərin istehsalı sahələri fəaliyyət göstərir.
“STP AH” Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılmışdır. 2012-ci ildən fəaliyyətə başlayan “Metaləritmə zavodu”nda inşaat sektorunda geniş istifadə olunan yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən müxtəlif ölçülü armaturlar istehsal olunur. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir.
“STP Polymer” regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir. 2009-cu ilin dekabrından fəaliyyətə başlayan bu zavod müxtəlif polimer məhsulların istehsalı üzrə ixtisaslaşıb. Hal-hazırda zavodda polimer boru istehsalı sexləri, termoplast sexi və PVC profil sexləri 80-dən artıq müxtəlif təyinatlı istehsal xətlərini əhatə edir. Bütün istehsal prosesləri Almaniya, Avstriya, İtaliya və Türkiyənin qabaqcıl şirkətlərinin ən müasir texnoloji avadanlıqlarının köməyi ilə həyata keçirilir.
“Qaynaq Quraşdırma” və “Antikorroziya örtükləri Zavodu” 2010-cu ildən fəaliyyət göstərir. Tərkibində 10-dan çox istehsal sahəsi mövcuddur.Qaynaq sexi metaldan sifarişə uyğun ağır və yüngül konstruksiyaların hazırlanması işləri yerinə yetirilir. Burada metal sütunlar, rabitə və işıq dirəkləri, kranaltı yollar, metal pilləkənlər, həmçinin anbar, ferma və sex kimi məkanların tam metal konstruksiyası hazırlanıb quraşdırılır.
SOCAR-STP birgə müəssisə 2020-ci ildə Azərbaycanın qlobal brendi olan SOCAR və qeyri-neft sektorunun qabaqcıl şirkətlərindən Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı məqsədilə yaradılıb.
“ASSAN STP Panel” Sumqayıt Texnologiyalar Parkında 2014-cü ilin iyulunda fəaliyyətə başlamış Sendviç Panellər Zavodunun əsasında yaradılıb. Şirkət 2021-ci ildə Türkiyənin ən köklü qruplarından Kibar Holdinqə məxsus “Assan Panel” şirkəti ilə STP-nin əməkdaşlığı nəticəsində Müştərək şirkət kimi fəaliyyətə başlayıb.
STP Şirkətlər Qrupunda 2000-dən çox işçi kollektivi ilə yüksək komanda ruhunda əməkdaşlıq
Qanunvericiliyə uyğun sənədləşmə
Yerli və xarici mütəxəssislərlə birgə çalışma imkanı
Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit
Rəqabətə davamlı əmək haqqı sistemi.
Gündəlik nəqliyyat, nahar və tibbi siğorta ilə təminat