Haqqımızda

STP POLYMER

“STP Polymer” regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir. 2009-cu ilin dekabrından fəaliyyətə başlayan bu zavod müxtəlif polimer məhsulların istehsalı üzrə ixtisaslaşıb. Hal-hazırda zavodda polimer boru istehsalı sexləri, termoplast sexi və PVC profil sexləri 80-dən artıq müxtəlif təyinatlı istehsal xətlərini əhatə edir. Bütün istehsal prosesləri Almaniya, Avstriya, İtaliya və Türkiyənin qabaqcıl şirkətlərinin ən müasir texnoloji avadanlıqlarının köməyi ilə həyata keçirilir. Məhsulların istehsalında yüksək keyfiyyətli xammaldan istifadə olunur.

“Polimer Məmulatları zavodu”nda boru istehsalı əsas yer tutur:

  • 16÷1200 mm diametrli su və qaz boruları
  • isti və soyuq su təchizatı sistemlərində istifadə edilən və 90°C-ə qədər istiliyə davamlı PPR borular və o cümlədən, şüşə lifli üçqat fiber borular
  • 12÷20 mm diametrli damcı suvarma boruları
  • elektrik, telekommunikasiya xətlərinin ötürülməsi və təzyiqsiz çirkab, qrunt və yağış sularının axıdılmasında geniş istifadə olunan 16÷280 mm-lik təkqatlı və ikiqatlı büzməli borular
  • xarici kanalizasiya sistemlərinin quraşdırılması üçün 150÷1000 mm diametrli ikiqatlı büzməli genağız borular
  • sarınma profillərlə möhkəmləndirilmiş, diametri 800÷3500 mm olan genağızlı, yüksək və alçaq təzyiqli sarınma borular

Sadalanan bütün boru növlərinin quraşdırılması üçün zavodda diametrindən və materialından asılı olaraq geniş çeşidli fitinqlər, genağız və kipləşdirici rezin halqalar, flanslar və flans adaptorları da istehsal edilir.

Zavodda həmçinin İtaliya texnologiyası əsasında pətəkvari polikarbonat lövhələr və onların birləşdirici profilləri də istehsal olunur. Fasad və dam örtükləri sistemlərində istifadə edilən məsaməli polikarbonat panellər isə zavodun yeni məhsullarındandır.

“Polimer Məmulatlar zavodu”nda həmçinin yüksək keyfiyyətli PVC qapı-pəncərə profilləri də istehsal olunur. Təklif olunan profillər Avropada müvafiq pəncərə profillərinə qoyulan keyfiyyət tələblərinə və eləcə də ГОСТ 30673-99 standartına uyğun olaraq A sinfinin tələblərinə cavab verir.

Zavodda istehlak malları sırasına daxil olan PE örtüklər, onların əsasında müxtəlif təyinatlı PE paketlər, müvəqqəti çəpərləmələr üçün nəzərdə tutulan plastik torlar, plastik meyvə yeşikləri, polipropilen stol və stullar, stadion oturacaqları və s. məhsullar istehsal olunur.

İstehsal olunan bütün hazır məhsulların keyfiyyət göstəriciləri müvafiq laboratoriyalarda aparılan sınaqlarla təsdiq olunur və Dövlət reyestrində qeydiyyata alınmış sertifikatla təmin olunur.

İllik istehsal gücü 250000 ton olan Polimer Məmulatlar zavodunun istehsal sahələri gündən-günə genişlənir və məhsul çeşidləri artır.

Məhsullar:

  • PE 100 boruları
  • PE 100 boruları üçün qaynaq üsulu ilə alınmış fitinqlər
  • PE 100 boruları üçün tökmə fitinqlər
  • Damcı suvarma boruları
  • Polipropilen PPR boruları
  • Şüşə lifli üçqat PPR fiber borular
  • PPR fitinqlər
  • Təkqatlı və ikiqatlı büzməli borular
  • Büzməli borular üçün fitinqlər
  • Yüksək və alçaq təzyiqli, böyük diametrli, profilli sarınma borular
  • Daxili kanalizasiya üçün genağızlı polipropilen borular
  • PPH fitinqlər
  • PVC qapı-pəncərə sistemləri (S60 və S70)
  • Pətəkvari polikarbonat lövhələr
  • Polikarbonat lövhələr üçün profillər
  • Polietilen örtüklər
  • Polietilen paketlər
  • Büzməli borular və qapı-pəncərə profilləri üçün rezin kipləşdiricilər
  • Plastik meyvə qutuları
  • Uşaqlar və böyüklər üçün qatlana bilən stullar, stadion və digər idman qurğuları üçün oturacaqlar və s.
Şəkillər