“STP Global Cable” Texnoparkın nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları istehsalat sahələri daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Kabel Zavodu
“STP Global Cable” şirkətinin “Kabel istehsalı sahəsi” regionun həm məhsul çeşidinin çoxluğu, həm də həcm baxımdan ən iri kabel istehsalçısıdır. Hazırda müəssisədə mis və alüminium elektrotexniki çubuqlarının, 6÷500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc kabellərinin, alçaq gərginlikli kabellərin, hava xətləri üçün naqillərin, həmçinin telefon və LAN kabellərinin istehsalı olmaqla ümumilikdə 6 istehsal sexi fəaliyyət göstərir. 2009-cu ildən fəaliyyətə başlayan zavodun istehsal prosesi qabaqcıl dünya ölkələrinin yüksək keyfiyyətli avadanlıqları vasitəsilə həyata keçirilir. İstehsalat sahəsində beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli xammal və materiallardan istifadə olunur.
“Kabel istehsalat sahəsi” aşağıdakı layihələr və şirkətlərlə əməkdaşlıq edib:
- “Heydər Əliyev adına Neft Emalı Zavodu”nun modernizasiyası və rekonstruksiyası ( müştəri Tecnicas Reunidas)
- “BP Şahdəniz 2” ( müştəri BP )
- “SOCAR Polimer” ( müştəri Maire Tecnimont )
- “TengizChevroil Qazaxıstan” ( müştəri TOO PSI )
- “Azərenerji” və “Azərişıq” ASC- lərin iri dövlət layihələri
- “Bakı Olimpiya Stadionu” layihəsi
- “DATA CENTER” layihəsi ( client STDC )
- “Industrial Construction Group” Qazaxstan
- “Meliorasiya – TIKI”
- “Proekt Ens – Qazaxstan PMD”
- “Metropoliteni” QSC
- Odessakabel – Ukrayna
- Bakelektro ASC
- “ATEF” şirkətlər qrupu
- “AzMonbat”
- “AgroDairy” MMC
- “Parvus Construction”
- “Ultel”
- “Alfanet”
- “Baktelekom”
Zavodda məişət və sənayedə müxtəlif məqsədlər üçün istifadə olunan ümumilikdə 28 min çeşiddən artıq kabel və naqil istehsal etmək mümkündür. Müasir texnologiyalar əsasında istehsal edilən məhsullar rəqabət qabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş alıcı kütləsinə malikdir.
2012-ci ildən istismara verilmiş və en kəsiyi 1250 mm2-ə qədər olan hava elektrik verilişi xətlərinin istehsalı üzrə ixtisaslaşmış əyirici və burucu sexində MDB ölkələrində analoqu olmayan, 91 naqilədək unikal burma və 1,3÷4,5 mm ölçülərdə ikigirişli əyirmə avadanlıqları quraşdırılmışdır. Sexin hava elektrik veriliş xətləri üzrə istehsal gücü gün ərzində 80 ton təşkil edir.
Yüksək gərginlikli güc kabellərinin istehsalı sexində MDB-də və digər yaxın xarici ölkələrdə analoqu olmayan 125 metr hündürlüyündə iki şaquli xətt quraşdırılıb və istismara verilmişdir.
“Kabel zavodu” ölkəmizdə fiber optik kabellərin istehsalını həyata keçirən yeganə müəssisədir. Bu istehsal sahəsində damarları 10, 20, 30, 50, 100, 200, 300, 400 cüt və daha çox olan telefon kabelləri, müxtəlif növ fiber – optik, LAN və koaksial kabellər istehsal edilir.
“Kabel zavodu”nda istehsal olunan bütün kabellər ən son sınaq avadanlıqları ilə təchiz olunmuş labaratoriyalarda beynəlxalq standartların tələblərinə uyğun yoxlanılır. Bütün sınaqlardan keçmiş məhsullar satışa göndərilir.
“STP Global Cable” şirkətinin “Kabel Zavodu” AZS, ГОСТ, Avropanın VDE, IEC beynəlxalq standartlarına və TS Türk standartlarının tələblərinə cavab verən məhsullar istehsal etmək qabiliyyətinə malikdir.
“Kabel zavodu”nun istehsal gücü 1 (bir) il ərzində 120 min ton təşkil edir.
Məhsullar:
- Mis və alüminum elektrotexniki çubuqlar
- Quraşdırma naqilləri
- Halogensiz quraşdırma naqilləri
- Əlaqələndirici (birləşdirici) naqillər
- Alçaq gərginlikli güc kabelləri
- İzolyasiyasız güc naqilləri
- İzolyasiyasız hava elektrik veriliş xətləri
- Özünü saxlayan, izolyasiya olunmuş, hava elektrik veriliş xətləri
- Nəzarət kabelləri
- Elastiki idarəetmə kabelləri
- Sarğı quraşdırma naqilləri
- Rezin izolyasiyalı, elastiki güc kabelləri
- Orta gərginlikli güc kabelləri (6 kV÷35 kV)
- Yüksək gərginlikli güc kabelləri (110 kV÷330 kV)
- İfrat yüksək gərginlikli güc kabelləri – 500 kV
- Fiber Optik kabellər
- Lan və rabitə kabelləri
- Koaksial kabellə
Elektrik Avadanlıqları Zavodu
“STP Global Cable” şirkətinin tərkibində olan Elektrik Avadanlıqları Zavodu (EAZ) 2010-cu ildən etibarən tam gücü ilə fəaliyyət göstərir. Burada müasir texnologiyaların tətbiqi ilə Avropa standartlarına uyğun və müasir tələblərə cavab verən istehsal prosesində yüksək keyfiyyətli məhsullar istehsal olunur. Məhsullar Almaniya, Finlandiya, Türkiyə şirkətlərindən alınmış, proqramlaşdırılmış, kompüter sistemi vasitəsi ilə idarə olunan dəzgah və avadanlıqlarda istehsal edilir.
“Elektrik Avadanlıqları Zavodu”nda 2011-ci ildən etibarən 6kV, 10kV, 36kV-luq MVC modul tipli yuvalar və AGED tipli alçaq gərginlikli elektrik dolabları istehsal edilir.
Hazır məhsulların yekun testləri ABŞ istehsalı olan sınaq avadanlıqları ilə təchiz olunmuş və akkreditasiya olunmuş laboratoriyada həyata keçirilir.
“Elektrik Avadanlıqları zavodu”nda həmçinin ölkədə bənzəri olmayan və diametri 100-1250 mm və qalınlığı 0.4÷1.2 mm olan alüminium, sinklənmiş poladdan ibarət, dairəvi və düzbucaqlı en kəsiyinə malik ventilyasiya boruları və onun aksessuarları, SPS və SPL tipli 1 saatda 100-350 litr suyu hava şəraitindən asılı olaraq 40-95 dərəcəyədək qızdırma gücünə malik günəş kollektorları da istehsal olunur.
EAZ-da həmçinin müasir tipli yeni ödəniş terminalları (divariçi, daxildə və xaricdə quraşdırılan) lahiyələndirilmiş və onların istehsalına başlanılmışdır. Bu tip ödəniş terminalları Azərbaycanda yalnız “STP Global Cable” şirkətinin “Elektrik Avadanlıqları Zavodu”nda istehsal edilir.
“Elektrik avadanlıqları zavodu”nda perforasiya edilmiş və nərdivan tipli kabel kanalları da hazırlanır. Bu kanallar kabellərin təbii soyumasını təmin etməklə yanaşı onları mexaniki zədə və ətraf mühitin təsirlərindən də qoruyur. Hazırlanan kabel kanalları BS EN 61537:2002, IEC 61537:2001 və ГОСТ Р 52868-2007 standartlarına cavab verir.
Elektrik Avadanlıqları Zavodu aşağıdakı layihələr və şirkətlərlə əməkdaşlıq edib:
- “Heydər Əliyev adına Neft Emalı Zavodu”nun modernizasiyası və rekonstruksiyası ( müştəri Tecnicas Reunidas)
- Vantruk ilə müştərək BP layihələri
- “Expressbank”, “Kapitalbank” və “Unibank” üçün ödəmə terminalları
- SAF SUPPLY elektrik dolabları
- “Rabitəbank” üçün növbə terminalları
- Gömrük komitəsi üçün məlumat terminalları
- “Sumqayıt Data Mərkəzi” üçün müxtəlif növ məhsullar
- “İcbari tibbi sığorta” məlum terminalları
Məhsullar:
- MVC modul tipli yuvalar
- AGED alçaq gərginlikli elektrik dolabları
- Bir və çoxyerli sayğac dolabları
- Müxtəlif ölçülü kabel kanalları
- Müxtəlif funksiyaları yerinə yetirə bilən ödəniş terminaları
- Müxtəlif təyinatlı dolablar və qutular