Haqqımızda

SOCAR-STP

SOCAR-STP birgə müəssisə 2020-ci ildə Azərbaycanın qlobal brendi olan SOCAR və qeyri-neft sektorunun qabaqcıl şirkətlərindən Sumqayıt Texnologiyalar Parkı arasında neft-qaz hasilatı sektorunda maddi-texniki bazanın daha da təkmilləşdirilməsi, mütərəqqi texnologiyaların tətbiqi, texniki xidmət və mütəxəssis mübadiləsinin təminatı məqsədilə yaradılıb.

“SOCAR-STP əsasən qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərinin həyata keçirməsi istiqamətində fəaliyyət göstərir.

Müştərək şirkət Sumqayıt Texnologiyalar Parkının Mexaniki Emal Zavodu əsasında yaradılıb və Dəqiq Mexaniki Emal, Mexaniki Emal, Press, metal yarımfabrikatların hazırlanması sexlərindən, həmçinin Krant Təsərrüfatı və Termiki Emal sahələrini əhatə edir.

Mexaniki emal zavodu

Mexaniki emal zavodu ölkənin maşınqayırma və metal emalı sənayesinin dirçəldilməsi, daxili bazara meylin artırılması məqsədilə ən müasir avadanlıqlar və mexanizmlər quraşdırılaraq və istifadəyə verilmişdir.

Zavodun dəqiq mexaniki emal sexi bütünlüklə CNC texnologiyaları əsasında mürəkkəb konstruksiyalı maşın-mexanizm detallarının hazırlanması məqsədi ilə yaradılmış regionda unikal bir müəssisədir. Ümumi ərazisi 13584 m² olan və “Mazak” şirkətinin 41 torna dəzgahının quraşdırıldığı sexdə yüksək dəqiqlik tələb edən metal məmulatları, misal üçün maşın mexanizmlərinin işlək detallarının dəqiq emalı, turbin avadanlıqların işlək hissələri istehsal olunur. Bu avadanlıqlarda istehsal olunan məhsullarda xəta nisbəti mikronlarla ölçülür.

  • Dəqiq mexaniki emal sexində aşağıdakı bölmələr mövcuddur:
  • Layihə-konstruktor və texnoloji bölmə;
  • Alət və tərtibat təminatı xidməti;
  • Mexaniki emal: frezləmə, tornalama, xüsusi təyinatlı dişli çarxların emalı;
  • Elektro-erozion emal bölməsi;
  • Yığım sahəsi.

Sexin layihə-konstruktor və texnoloji bölməsi tamamilə maşınqayırma üzrə ən çətin problemləri həll edə biləcək sertifikatlı mütəxəssislərdən ibarətdir. Layihələrin hazırlanması ən son versiyalı CAD sistemləri və 3D parametrik modelləşdirmə vasitəsi ilə həyata keçirilir. Mexanizmin modelinin funksional imitasiyası zamanı kritik nöqtələrin analizi funksiyası ilə konstruksiyanın zəif nöqtələri təsbit edilir və düzəldilir. Daha sonra emal texnologiyasının hazırlanması zamanı CAM proqramlar vasitəsi ilə simulyasiyada ən optimal və keyfiyyətli emal metodu seçilir.

Alət və tərtibat təminatı xidməti bölməsində detalların hazırlanması üçün lazım olan materiallar universal frez və universal torna dəzgahları vasitəsi ilə müvafiq ölçülərə salınır. Həmin sahədə həmçinin bir ədəd lazer kəsmə dəzgahı mövcuddur. Bu dəzgah vasitəsi ilə qalınlığı 20 mm-ə qədər olan polad və paslanmaz vərəqələr sürətlə və yüksək keyfiyyətlə kəsilərək pəstah halına gətirilir.

Mexaniki emal bölməsində mexanizmlərin müxtəlif hissələri torna və frez emal mərkəzlərində emal olunur. Burada müxtəlif ölçülü valların, müxtəlif tipli reduktor hissələrinin hazırlanması həyata keçirilir.

Zavoddakı bütün CNC horizontal torna mərkəzi və onun nəzdində olan frez dəzgahları Yaponiyanın “Mazak” şirkətinin istehsalı olan yüksək dəqiqliyə malik texnoloji avadanlıqlardır. Onlar üfüqi və şaquli 3, 4 və 5 oxlu emal mərkəzləridir. Hər bir dəzgahda torna və ya frez əsaslı olmasından asılı olmayaraq həm frez, həm də torna əməliyyatları həyata keçirmək olar. Bu avadanlıqlarda diametri 3500 mm, uzunluğu 6000 mm-ə qədər olan məmulatlar üzərində torna əməliyyatlarını aparmaq imkanları var.

Həmin dəzgahların proqramlaşdırılması üçün yüksək səviyyəli kompüter proqram sistemlərindən istifadə olunmaqdadır. Bu proqramlar sayəsində hazırlanacaq detalın 3D və 2D modelləri hazırlanır. Sonra proqram vasitəsi ilə detalların işlənməsi üçün lazım olan kəsici alətlər seçilir. Prosesin son mərhələsi detalın simulyasiyası göstərilməklə emal olunmasıdır. Bununla yanaşı istehsal prosesinin etibarlılığı məqsədi ilə əldə edilən CNC proqram bir neçə əlavə yoxlama proqramlarından keçirilir. Bu şəkildə hazırlanmış proqramlarda subyektiv amilin səhvi ehtimalı sıfıra bərabərdir. Həmin proqramlar vasitəsi ilə hazırlanmış detallarda xəta nisbəti 2-5 mikron arasındadır. Bu nisbətin qorunması üçün xüsusi quraşdırılmış havalandırma sistemi zavodun daxilində temperaturun ilin bütün aylarında 21-22°C səviyyəsində qalmasını təmin edir. Məhz bu məqsədlə məhsuldarlığı 4300 m3/saat olan 8 ədəd dam tipli havalandırma sistemi quraşdırılmışdır.

Dəqiqliyin yoxlanılması üçün Almaniya istehsalı olan CMM dəzgahlarından istifadə olunmaqdadır. CMM dəzgahlarınm imkanları bununla məhdudlaşmır. Belə ki, CMM dəzgahlarında istənilən detalın mikronun mində biri dəqiqliyi ilə eskizləri və 3D modelləri çıxarıla bilər. Bu da istehsal prosesisinin dəqiq və sürətli yerinə yetirilməsi deməkdir. Zavodda Almaniya və İsveçdə istehsal olunmuş avadanlıq və alətlərdən istifadə olunur.

Mexaniki emal bölməsində detalları frezləmə üçün əsasən Yaponiyanın “MAZAK” şirkətinin frez dəzgahları quraşdırılıb. Bu avadanlıqlarda həndəsi ölçüləri 3750x10000 mm, H=1750 mm, çəkisi 43 ton olan məmulatlar üzərində frez əməliyyatları aparmaq mümkündür.

Bu dəzgahlarda energetika, maşınqayırma və neft sənayesi sektorlarında geniş istifadə olunan bir çox detalların emalı mümkündür. Belə ki, hidroturbinlərin müxtəlif işlək hissələrinin, neft-qazma işlərində istifadə olunan avadanlıqların müxtəlif hissələrinin hazırlanması həyata keçirilir. Həmin hissələrin istehsalında özəl kəsmə alətlərindən və xüsusi titrəşməyə qarşı olan kəsici alətlərdən istifadə olunmaqdadır.

Xüsusi təyinatlı avadanlıqların işlək hissələrinin emalı sahəsində hidroturbin, alternativ enerji qurğularının hissələri yüksək dəqiqlik və keyfiyyətlə istehsal olunur. Həmin hissələr emaldan sonra CMM - koordinat ölçmə dəzgahlarında yoxlanılır, uyğunluq raportu alınır.

Bölmədə xüsusi təyinatlı dişli çarxlarının emalı üçün Amerikanın “GLEASON” şirkətinin diş açma, pardaqlama, test və ölçmə dəzgahları quraşdırılıb. Avadanlığın növünə görə Ø1200mm; Ø800mm; Ø600mm; Ø400mm; Ø125/100mm (silindrik), həmçinin Ø1000; Ø600; Ø275 (konik) ölçülərdə olan xammallarda dişli çarxların emalı və pardaqlanma kimi əməliyyatları aparmağa imkanları var.

Sexin elektro-erozion emal bölməsində Yaponiyanın “MITSUBISHI” şirkətinin “Tel eroziyon” (maksimal ölçüsü 300x300x250 mm), “Deşmə eroziyon” (maksimal ölçüsü 400x250x240 mm) və “Dalma eroziyon” (maksimal ölçüsü 400x300x300 mm) kimi elektroeroziyon dəzgahları quraşdırılıb.

Yığım bölməsi müxtəlif növ qəliblər və ştampların yığılması üçün nəzərdə tutulmuşdur. Sahədə yerləşən dərin dəlik açan dəzgahı qəliblərin soyutma kanallarını Ø 10-15 L=750 mm qədər uzunluqda dəlik açmaq imkanına malikdir.

Dəqiq mexaniki emal sexində, həmçinin plastik injektorlu qəliblərin, ştampların layihələndirilməsi, hissələrinin emalı, yığımı yerinə yetirilir. Plastik injektorlu qəliblərin hazırlanması yüksək dəqiqlik və professionallıq tələb edir. Zavodda fəaliyyət göstərən yüksək ixtisaslı mütəxəsislər və mövcud olan emal mərkəzləri həmin tələbləri tam ödəməkdədir. Qısa müddət ərzində hazırlanmış müxtəlif ölçülü, keyfiyyətli və dünya standartlarına uyğun qəliblər keyfiyyət zəmanətidir.

Bundan başqa, sexdə kabel istehsalında istifadə olunan müxtəlif ölçülü kolibrlər, matrisa və dornalar da istehsal edilir. Həmin detalların ölçülərinin dəqiq olması üçün onların tək həmlədə emal edilməsi lazımdır. Bunun üçün torna emal mərkəzlərində mövcud olan ikinci spindelli dəzgahlardan istifadə olunur. İstehsal pro-sesindən asılı olaraq dəyişik şəkilli sıxma üsullarından, maqnit stollardan və çox kiçik detalların lazımi vəziyyətdə tutulub saxlanması üçün xüsusi sanqalardan istifadə olunur.

Sexdə tətbiq olunan avadanlıq, alət və materiallar:

  • 3-5 oxlu CNC torna və frez dəzgahları, horizontal və vertikal emal mərkəzləri, CNC elektro-erroziya dəzgahları, pardaqlama dəzgahları, dişli frez dəzgahları, mişar dəzgahları, dərin deşik açma dəzgahı;
  • Koordinat ölçü cihazları (kiçik, orta və böyük ölçüdə CMM);
  • SANDVİK, İSKAR və başqa aparıcı istehsalçıların kəsici alətləri;
  • Ənənəvi alət və konstruksiya poladları ilə yanaşı, Toolox 44, Hardox, Weldox və digər xüsusi materiallar.

Sexin əsas məhsulları geniş çeşiddə texnoloji ləvazimat və tərtibat, dişli ötürmələrin bütün mövcud növlərinə aid detal və yığımlar, böyük ölçülü val tipli və prizmatik detallardır. Bunların sırasına aşağıdakı məhsullar daxildir:

  • Plastik kütlə, rezin, şüşə və müxtəlif əlvan metallardan məmulatlar üçün tökmə qəliblər, press qəliblər
  • Ştamplar (kəsmə, əymə, formavermə)
  • Gövdə detalları (müxtəlif qabarit ölçülərdə)
  • Pilləli, şlisli, dişli vallar (müxtəlif qabarit ölçülərdə)
  • Slindrik, konik, sonsuz vint, Novikov tipli, hipoid və s. dişli çarxlar
  • İnstrumental məmulatlar

Hər «MAZAK» torna dəzgahların növünə görə torna əməliyyatı aparmağa mümkün olan xammalların ölçüləri aşağıdaki kimidir:

Ø51mm, L=130mm Ø320mm, L=530mm Ø280mm, L=309mm Ø380mm, L=550mm Ø420mm, L=1538mm Ø580mm, L=3000mm Ø580mm, L=1000mm Ø670mm, L=1354mm Ø920mm, L=6064mm Ø920mm, L=4069mm Ø340mm, L=385mm Ø658mm, L=995mm Ø3500mm, L=1800mm

Hər mazak frez dəzgahların növünə görə frez əməliyyatı aparmağa mümkün olan xammalların ölçüləri aşağıdaki kimidir:

  • 3750x10000 mm, H=1750 mm, 43000 kq
  • 1740x700 mm, H=770 mm, 2000 kq
  • 1300x510 mm, H=570 mm, 1200 kq
  • 1380x750 mm, H=600 mm, 1200 kq
  • Ø730, H=500 mm, 500 kq
  • Ø3500 mm, H=1800, 9500 kq (10050 kq)
  • Ø1450 mm, H=1450 mm, 2200 kq
  • Ø1050 mm, H=1300 mm, 1500 kq
  • Ø630 mm, H=900 mm, 400 kq

Mexaniki emal zavodunun mexaniki emal sexi mexaniki, avtomat, yarımavtomat və CNC dəzgah parkı ilə təchiz olunmuşdur. Sexdə universal və CNC dəzgah sahələri fəaliyyət göstərir. Sexdə istehsal olunan məhsullar daxili bazarda öz yerini tutmaqla yanaşı, xarici bazara da ixrac edilir. Əsasən aşağıdakı məhsullar istehsal olunur:

  • elektrik stansiyalarının bəsləyici, vurucu nasos valları və oymaqlarının hazırlanması və təmiri.
  • reduktorlar üçün slindrik, konusvari, sonsuz vint çarxları və onların vallarının hazırlanması
  • körpülü kranların reduktorlarının hazırlanması və təmiri.
  • yükqaldırma qabiliyyəti 3,2; 6,3; 10 və 20 ton olan körpülü kranların hərəkət qollarının arabacıqları, xalları, diyircəkləri, barabanları, muftaları və s. bu kimi mexaniki emal üsulu ilə istehsal olunan hissələrinin hazırlanması.
  • metizlərin hazırlanması.
  • ştamp və qəliblərin mexaniki emal üsulu ilə hazırlanması.
  • müstəvi və dairəvi pardaxlama əməliyyatının aparılması.
  • işıq dirəkləri, metal köşklər istehsalı.

Zavodun metal yarımfabrikatların hazırlanması sexində kəsmə, metal təbəqənin əymə və kəsmə sahələri fəaliyyət göstərir. Burada pəstahlar qazla kəsmə, plazma kəsmə, qayçı ilə doğrama və əymə dəzgahlarında hazırlanaraq yığım sahələrinə göndərilir. Bu sahədə əsasən aşağıdakı məhsullar istehsal olunur:

  • elektrik stansiyaları üçün müxtəlif ölçülü şandorlar;
  • elekrik xətləri üçün 35 kV-dan 330 kV-dək “CK” tipli dayaqlar;
  • 35 kV-dan 330 kV-dək portal tipli dayaqlar;
  • kiçik və iri həcmli su çənləri;
  • müxtəlif tip və ölçülü metal pilləkənlər;
  • əymə üsulu ilə hazırlanan, diametri 400 mm-dən 500 mm-dək olan borular;
  • müxtəlif ölçülü ayaqaltı işçi meydançaları və s.

Metal yarımfabrikatların hazırlanması sexində aşağıda göstərilən müxtəlif metal emalı işləri görmək üçün xüsusi xarakteristikaya malik avadanlıqlar quraşdırılıb:

  • Müasir “CNC” əymə dəzgahlarında xüsusi tərtibatlardan istifadə etmədən, uzunluğu 12 metrə, qalınlığı 20 mm-ə qədər olan polad vərəqələrin müxtəlif bucaqlar altında əyilməsi mümkündür;
  • Müasir “CNC” bükmə dəzgahlarında polad vərəqələr olmaqla uzunluğu 6000 mm, qalınlığı 22 mm, diametri 5000 mm-ə qədər olan boruları, uzunluğu 3000 mm, qalınlığı 20 mm-ə qədər olan boru və konus hissələri, uzunluğu 4000 mm, qalınlığı 80 mm, diametri 800 mm–dən böyük olan boruları, uzunluğu 4000 mm, qalınlığı 100 mm, diametri 2000 mm-dən böyük olan boruları bükmək mümkündür;
  • Neft və qaz sənayesində istifadə olunan, maksimum diametri 533 mm, uzunluğu 12000 mm olan boruların emalı üçün nəzərdə tutulan yarım avtomat (NC) boru kəsən və yiv açan torna dəzgahları;
  • Sexdə dəqiq detalların həm torna, həm də frez işləri ilə eyni dəzgahda bir quraşdırma üsulu ilə hazırlanması üçün çox funksiyalı tam avtomat (CNC) torna frez dəzgahları;
  • “Fanuc” idarə sistemli tam avtomat (CNC), şaquli, 3 oxlu emal mərkəzləri;
  • Müxtəlif tipli mürəkkəb silindr və gövdə detalların emalı üçün nəzərdə tutulmuş tam avtomat (CNC) şaquli torna dəzgahı;
  • “Fanuc” idarə sistemli tam avtomat (CNC) çox funksiyalı şaquli torna dəzgahı;
  • NC tipli yarımavtomat dairəvi, üfüqi və daxili cilalayıcı dəzgah;
  • Qalınlığı 10 ÷ 60 mm, eni 2500 mm olan polad vərəqələrin düzəldilməsi üçün rixtovka dəzgahı.

Mexaniki emal zavodunun tərkibində fəaliyyət göstərən Press sexinin 2011-ci ildə istismara verilib. Sex müasir tələblərə uyğun yüksək texnologiyalı xəttlər və universal pressləmə avadanlıqları ilə təchiz olunub. Press sexində müxtəlif markalı hidravlik press xətləri yüksək gərginlikli elektrik dayaqlarının hissələrini layihəyə uyğun olaraq dəqiqliklə emal edə bilir. Respublikamızda analoqu olmayan hidravlik pressinin köməyi ilə avtomobilqayırma sahəsində avtomobillərin müxtəlif ölçülü şassilərini və detallarını emal etmək mümkündür. Bu avadanlığın unikallığı avtonom işləməklə yanaşı, həm də qoşa, yəni tandemdə işləyə bilməsidir. Bu da öz növbəsində daha qabaritli avtomobil detallarının emalına imkan yaradır.

Press sexində tədbiq edilən müasir avadanlıqların mövcudluğu ölkəmizin müxtəlif sahələri üçün zəruri olan, eləcə də maşınqayırma sahəsində soyuq ştamplama prosesinə aid olan hər növ məhsulun yüksək keyfiyyətlə və standartlara uyğun istehsal edilməsinə imkan yaradır. Press zavodunun potensialı Azərbaycanın daxili bazarını təchiz etməklə bərabər ixracatını da təmin etməyə qadirdir.

Sexdə yüksək gərginlikli elektrik dayaqlarının hazırması, ştamplama sahələri və elektrik avadanlıqlarının yığılması bölməsi fəaliyyət göstərir.

Elektrik dayaqlarının hazırlanması sahəsində sifarişlər əsasında yüksək gərginlikli hava xətləri üçün metal elektrik dayaqları, yarım stansiyalar üçün müxtəlif portallar, ildırım ötürücülər və müxtəlif çeşiddə qüllələr istehsal olunur.

Ştamplama sahəsində isə kompensatorların yarım linzaları, 100; 250; 630 kv-luq ATYD (KTPN), kabel xətləri üçün dirsəklər, 55x61, PR-2 və PR10-1 tipli intiqal, 250A; 400A; RVZ10/400A tipli ayırıcılar, kabel xətləri üçün əsas və köməkçi dayaqlar, 1800 mm-dən 4000 mm-dək ölçülərdə çən qapaqlarının sfera və konusvari hissələri istehsal olunur.

Press sexində müxtəlif markalı hidravlik pres xəttləri yüksək gərginlikli elektrik dayaqlarının hissələrini layihəyə uyğun olaraq dəqiqliklə emal edə bilir. Emal edilən 45x45x4 mm və maksimum 250x250x16 mm olan künclüklərin üzərinə diametri maksimum 40 mm-ə qədər olan dəliklərin açılması mümkündür. Press sexində quraşdırılan dəzgahda müxtəlif ölçülü profillərin, şvellerlərin, ikitavrların və boruların da cizgiyə uyğun deşilməsi və kəsilməsi təmin edilir.

Həmçinin sexdə quraşdırılmış hidravlik press avadanlıqlarında müxtəlif ölçüdə maksimum diametri 5000 mm, minimum isə 1800 mm olan çənlərin dib hissələri hazırlanır. Emal olunan metal lövhənin maksimum qalınlığı 31 mm-dir.

Hazırda sexdə fəaliyyət göstərən istehsal sahələrində Çin və Türkiyə istehsalı olan küncüklər emal edən dəzgah, kombinasiyalı hidravlik qayçılar, vintli kompressor, çənlərin dib hissəsini emal edən dəzgahlar, 50-1600 tonluq press dəzgahları, radial burğu dəzgahı, universal frez dəzgahı, bişirmə dəzgahı, 63 tonluq hidravlik press, hidravlik gilyotin qayçısı, bükmə və torna dəzgahlarından istifadə olunur.

Mexaniki emal zavodunun Kran təsərrüfatı sahəsi kranların təmiri və istehsalını həyata keçirir. Burada birtirli, ikikörpülü, çatmalı kran növləri hazırlanır. Bu sahədə indiyə qədər 80-dən çox müxtəlif tipli (birtirli, ikitirli, çatmalı) kranlar istehsal edilib. İstehsal prosesi texniki və keyfiyyətə nəzarət idarəsinin tam nəzarəti altında həyata keçirilir və hər bir yük qaldırıcı kran test sınağından keçdikdən sonra sifarişçiyə təhvil verilir. Kran istehsalında istifadə olunan bütün metalkonstruksiya və avadanlıqlar sertifikatlı olmaqla yanaşı, beynəlxalq tələblərə tam cavab verir. İstehsal olunmuş kranların qiyməti texniki parametrlərə uyğun müəyyən edilir. İstehsal sahəsində aşağıdakı göstərilən texniki parametrlərə uyğun kranlar istehsal olunur:

  • Yükqaldırma qabiliyyəti - 1T – 200T – a qədər;
  • Aşırımları - 3 m – dən 36 m - ə qədər;
  • İdarəetmə istemi – məsafədən, kabinadan və kabel idarəetmə;
  • Kran arabacıqları – birqarmaqlı və ya ikiqarmaqlı.

Zavodun termiki emal sahəsi induksion, şaxta termiki sobalar, tökmə sobası və müvafiq yoxlama laboratoriyası fəaliyyət göstərir. Bu sahədə əsasən aşağıdakı işlər görülür:

  • pəstahların və hazır hissələrin termiki emalı;
  • tökmə üsulu ilə kiçik ölçülü çuqun və polad pəstahların hazırlanması;
  • səthi möhkəmliyin artırılması üçün sementləmə və yüksək tezlikli cərəyanla termiki emal.
Şəkillər