Ofisə dəstək üzrə mütəxəssis

Ofisə dəstək üzrə mütəxəssis
  • Satınalma bölməsi
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2024-10-30
Namizədə olan tələblər:
  • Peşəkar ünsiyyət və danışıqların aparılma bacarıqları;
  • Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi;
  • Vəzifə öhdəliklərini müstəqil yerinə yetirmə bacarığı;
  • İş prosesində yarana biləcək riskləri öncədən dəyərləndirmək bacarığı.

Ümumi vəzifə öhdəlikləri:
  • İnzibati işlərdə istifadə ediləcək məhsulların vaxtında çatdırılmasını təmin etmək;
  • Əməkdaşları ofis ləvazimatları ilə təmin etmək;
  • İnzibati binanın təmizlik işlərinin görülməsində, su təchizatı, havalandırma, işıqlandırma və s. sistemlərinin sazlığının yoxlaması və müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Əməkdaşlara korporativ nömrələrin alınması və danışıq paketlərinə nəzarət;
  • Ofis üçün tələb olunan vizit kart, İD kart, zərf, blank və digər çap məhsulların sifarişini təmin etmək;
  • Alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək;
  • Daxili və xarici sənədlərin qəbulu, emal edilməsi, qeydiyyatı və aidiyyəti üzrə təhvil verilməsi (göndərilməsi);
  • Müəssisə üzrə müxtəlif tədbirlərin təşkil olunmasında dəstək olmaq;
  • Daxili və xarici ezamiyyələr zamanı viza, hotel rezervasiyalarının, aviabiletlərinin alışlarının və digər aidiyyəti məsələlərin təşkil olunması;
  • Görülən işlərlə bağlı hesabatların hazırlanması.

Namizədə olan əlavə tələblər:

Yoxdur