Namizədə olan tələblər:
- Təchizat və satınalmaya dair ümumi prossesləri və prinsipləri anlamaq;
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı;
- Təchizatçılar arasında düzgün seçim etmək və danışıqların aparılması bacarığı;
- Bazarı təhlil etmək bacarığı;
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı;
- Satınalma müqavilələrinin tərtibatı haqda ümumi anlayış.
Ümumi vəzifə öhdəlikləri:
- Sifarişçilərdən daxil olan satınalma tələblərini nəzərdən keçirmək, satınalma sorğularını hazırlamaq və müvafiq siyasət və şərtlərə uyğun olaraq icra etmək;
- Tələb olunan mal, iş və xidmətlər üzrə bazar araşdırmasını aparmaq, qiymət təkliflərini almaq, təkliflərin müqayisəli təhlilini aparmaq və səmərəli təklifi müəyyən etmək;
- Bağlanılacaq satınalma müqavilələrini icra müddətlərinə əsasən hazırlamaq, sifarişçi və icraçı ilə müqavilə şərtlərini razılaşdırmaq və imzalanmasını təmin etmək;
- Təchizatçı şirkətlərlə müvafiq qaydalar çərçivəsində görüşləri, danışıqları və yazışmaları həyata keçirmək;
- Alınacaq malların, işlərin və ya xidmətlərin vaxtında, tələb olunan keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək;
- Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan mal, xammal, yerinə yetirilən iş və ya göstərilən xidmətlər üzrə təchizatçılarla müzakirə aparmaq və çatışmazlıqların aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlər görmək;
- Şirkətin yeməkxanası üçün alınacaq qida məhsullarının mütəmadi, vaxtında, tələb olunan keyfiyyətdə və dəyərdə olmasını təmin etmək;
- Təchizatçılar tərəfindən ödəniş hesablarının vaxtında təqdim edilməsini təmin etmək, yoxlamaq və müqavilə üzrə ödənişlərin vaxtında həyata keçirilməsinə nəzarət etmək;
- Risklərin minimallaşdırması məqsədi ilə müqavilə şərtlərini təhlil etmək;
- Satınalma planına uyğun rüblük hesabatları hazırlamaq;
Namizədə olan əlavə tələblər:
Yoxdur