SƏTƏM üzrə koordinator

SƏTƏM üzrə koordinator
  • SƏTƏM bölməsi
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2023-11-24
Namizədə olan tələblər:
  • Sahə üzrə ən azı 8 il iş təcrübəsinə malik olmalı
  • SƏTƏM sahəsində təlim metodologiyasına dair bilikləri
  • Azərbaycan Respublikasının qanunvericiliyi (Əmək Məcəlləsi, SƏTƏM sahəsində Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, Təlimatlar, digər normativlər və standartlar, habelə SƏTƏM sahəsində Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr)
  • ISO 9001, ISO 14001, ISO 45001 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli
  • Yüksək səviyyədə təqdimat hazırlama qabiliyyəti
  • Yüksək ünsiyyət, təlim keçmək bacarığı, detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə malik olmalıdır

Ümumi vəzifə öhdəlikləri:
  • Müəssisədə Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit ilə bağlı işlərin təşkili, əlaqələndirilməsi və planlaşdırılması, ƏM və TT-nin vəziyyətinə, qeydiyyatına, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planını hazırlamaq
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planını hazırlamaq və təsdiq olunması üçün rəhbərliyə təqdim etmək
  • İstehsalatda bədbəxt hadisələrin qeydiyyatını aparmaq, ƏM və TT üzrə müəyyən olunmuş formada hesabatları hazırlamaq
  • Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq
  • İstehsalat xəsarətlərinin və ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə müəssisə rəhbərliyinin keçirəcəyi iclasların materialları hazırlamaq
  • Müəssisədə əməyin mühafizəsi üzrə planların, prosedurların hazırlanmasında iştirak etmək
  • Yeni işə daxil olan işçilərlə ƏM və TT üzrə giriş təlimatlarını keçirtmək, struktur bölmələr tərəfindən əməyin mühafizəsi üzrə ilkin,təkrar və s. təlimatların vaxtında keçirilməsinə nəzarət etmək
  • Əməyin mühafizəsi üzrə peşə təlimatlarının, habelə təlimat metodikalarının hazırlanmasına köməklik göstərmək
  • Müəssisədə əməyin mühafizəsi üzrə risklərini qiymətləndirmək və monitorinq işlərini təşkil etmək və aparmaq
  • Təhlükəsizlik texnikası, yanğın və elektrik təhlükəsizliyi, istehsalat sanitariyası və ətraf mühitin qorunması üzrə məsləhətlər vermək
  • Təhlükə potensiallı obyektlərin və avadanlıqlarının, habelə təhlükəsizlik və nəzarət cihazlarının istismarı zamanı texniki sənədləşdirilməsinin düzgün aparılmasına nəzarət etmək
  • Bədbəxt hadisələrin və qəzalərın nəticələrinin yekunları üzrə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək

Namizədə olan əlavə tələblər:

Yoxdur