Satınalma üzrə mütəxəssis

Satınalma üzrə mütəxəssis
  • Satınalma bölməsi
  • STP POLYMER
  • Elanın yerləşdirmə tarixi: 2023-10-24
Namizədə olan tələblər:
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
  • İşgüzar və məsuliyyətli olmalı
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalı
  • Daxili bazarı tanımalı

Ümumi vəzifə öhdəlikləri:
  • Tələb olunan mallar və xidmətlər üzrə daxil olan sifarişlərin icra olunması
  • Malların və xidmətlərin vaxtında çatdırılmasına nəzarət olunması; sifariş olunmuş malların vəziyyəti ilə maraqlanmaq, onların düzgün daşınması və çatdırılması işini təşkil etmək
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və qiymətlərin optimallaşdırılmasının həlli yollarının təklif edilməsi
  • Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların tərtib olunması
  • Satınalma prossesinin vaxtında, prosedur və prosseslərə uyğun, ən əlverişli şərtlərlə həyata keçirilməsinə nəzarət edilməsi
  • Tələb olunan malların yerli və xarici bazarda araşdırılmasının aparılması, bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izləmək
  • Yeni təchizatçıların tapılması, qiymət və keyfiyyət uyğunluğunun təmin edilməsi
  • Tədarükçü şirkətlərlə müntəzəm danışıqların aparılması, etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi
  • Satınalma prosesləri üzrə sənədləşdirmə işlərinin aparılması, müqavilələrin hazırlanması, fəaliyyəti sahəsindəki bütün sənədlər haqqqında məlumata sahib olmaq
  • Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək

Namizədə olan əlavə tələblər:

Yoxdur