Mühəndis- mexanik

Mühəndis- mexanik
  • Qaynaq Quraşdırma zavodu
  • STP METAL STRUCTURES
  • Elanın yerləşdirmə tarixi: 2023-10-09
Namizədə olan tələblər:
  • - Təhsil: Ali texniki təhsil; - Proqramm bilikləri: Microsoft Office, Autocad, Outlook - Müvafiq sahədə ən azı 3-5 il təcrübə; - Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;

Ümumi vəzifə öhdəlikləri:
  • - Bina, qurğularının və avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir. - Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. - Avadanlıqların planlı qabaqlayıcı təmir qrafikini tərtib edir, icrasını təmin edir və bu barədə müvafiq jurnallarda qeydlər aparır. - Avadanlığının hər ay planlı təmir qrafikini (PXT) işləyib hazırlayır. - Körpülü kran, hava tutumları və s. kimi təhlükə potensiallı obyektlərin pasportlarının hazırlanmasını, doldurulmasını təmin edir. - Təhlükə potensiallı obyektlərin təhlükəsizlik sertifikatlarının alınmasını və müvafiq sınaqların aparılmasını təmin edir. - Kranların və digər avadanlıqların, dəzgahların işi və vəziyyəti, istehsalat və təhlükəsizlik texnikası qaydalarının pozulması haqqında jurnalda müvafiq qeydlərlə tanış olur, tədbirləri müəyyən edir və qüsurların, nasazlıqların, pozuntuların aradan qaldırılması üçün tapşırıq verir və icrasına nəzarət edir. - Aşkar edilmiş qüsurların aradan qaldırılması üçün tədbirlər görür və yoxlamanın nəticələri haqqında rəhbərliyə məlumat verir. - Yükqaldırma və yüktutma vasitələrinin dövri yoxlanmasını və sınaqdan keçirilməsini təmin edir. - Lazım olan ehtiyat hissələrinin, yükqaldırma vasitələrinin öncədən sifarişini tərtib edir. - Anbarda olan ehtiyyat hissələrinin saxlanması və səmərəli istifadə edilməsinə nəzarət edir. - Cəmiyyətin rəhbərliyinin istehsalata aid bütün göstərişlərini yerinə yetirir. - Alətlərin, avadanlıqların, onlar üçün ayrılmış yerdə saxlanılmasına nəzarət edir;

Namizədə olan əlavə tələblər:

Yoxdur