Namizədə olan tələblər:
- İnformasiya texnologiyaları və sistem idarəetməsi sahəsi üzrə ali təhsilli
- Sistem inzibatçısı vəzifəsində ən azı 3 illik iş təcrübəsi
- Aşağıdaki Sertifikatların olmasına üstünlük verilir: - Microsoft Windows Server Certificates (MTA. MCSA, MCSD, MCSE) - RHCSA, - RHCE, - VCA, VCP, VCAP, VCDX, - Comtia Network, - Comptia Server, - HPE Certificates.
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı
Ümumi vəzifə öhdəlikləri:
- Şirkətin serverlərinin və servislərinin quraşdırılması, idarə edilməsi və sazlanması, monitorinq edilməsi, yenilənməsi, mühafizə edilməsi, sistemlərin bərpa edilməsi, fasiləsiz işləməsini və dayanaqlılığının təmin edilməsi üçün bütün problemlərin aşkar edilməsi və aradan qaldırılması
- İnformasiya texnologiyaları siyasətinin həyata keçirilməsinin təmin edilməsi
- İnformasiya texnologiyaları siyasətinə uyğun prosedurların yazılması və dəyişikliklərin sənədləşdirilməsi
- Zəruri avadanlıqların və müxtəlif proqram məhsullarının istifadəsi və istismarı üzrə müntəzəm şəkildə treninqlərin təşkil edilməsi və həyata keçirilməsi
- İnformasiya texnologiyaları infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işlərin görülməsi
- Şirkətin bütün struktur bölmələrindən gələn texniki sorğulara dəstək göstərilməsi
- Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işinin təşkil edilməsi
- İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra edilməsi
Namizədə olan əlavə tələblər:
Yoxdur