Baş mühasib

Baş mühasib
  • Maliyyə bölməsi
  • STP ALUMINIUM
  • Elanın yerləşdirmə tarixi:
Namizədə olan tələblər:
  • Operativlilik və qərar qəbul etmək bacarıqlarına malik olmalı;
  • İstehsalat sahəsində baş mühasib olaraq ən azı 3 il iş təcrübəsi
  • Böyük həcimli məlumatlarla işləmək bacarıqlarına malik olmalı;
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
  • Güclü təşkilati bacarıqlara malik olmalı;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığına malik olmalı;
  • Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.

Ümumi vəzifə öhdəlikləri:
  • Şöbə işçilərinin fəaliyyətinə rəhbərlik və nəzarət, onlar arasında iş bölgüsünün aparılması;
  • Mövcud vəziyyətin analizi və optimizasiya ilə bağlı təkliflərin hazırlanması və tətbiqinin təşkili;
  • Yeni proqram təminatlarının implementasiyası və ya mövcud proqramın işlək olmasının təmini;
  • Şirkətin illik büdcəsinin hazırlanması prosesində iştirak etmək və Büdcənin icrasına nəzarət;
  • Xərclərin optimallaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirləri hazırlamaq və icrasına nəzarət;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi təmin etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına sərf olunmasına nəzarəti icar etmək;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin etmək;
  • Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.Rəhbərlik üçün hazırlanmış hesabatların nəzərdən keçirilmək və təqdim etmək;

Namizədə olan əlavə tələblər:

Yoxdur