Kommunikasiya üzrə menecer

Kommunikasiya üzrə menecer
  • Kommunikasiya bölməsi
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2023-08-15
Namizədə olan tələblər:
  • - Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı
  • - Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komanda ilə işləmə bacarığı olmalı
  • - Bazar iqtisadiyyatı, biznesin əsaslarını, qiymətləndirmə üsulları, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını bilməli
  • - Reklam kampaniyalarının formalarının və metodlarının əsasları barədə məlumatlı olmalıdır.

Ümumi vəzifə öhdəlikləri:
  • Şirkətlər qrupunun missiyasını və vizyonunu, marketinq strategiyasının müəyyən edilməsi prosesini idarə edir
  • Bölmənin əsasnaməsini, funksiyalarını və hər vəzifə üzrə vəzifə təlimatlarını müəyyən edir, təsdiqini təşkil edir
  • Bölmənin işinə rəhbərlik edir, işləri və fəaliyyəti koordinasiya edir, əməkdaşların motivasiyasını və komanda ruhunu inkişaf etdirir
  • İctimai rəyin formalaşması məqsədi ilə, Şirkətlər qrupunun imicinə müsbət təsir göstərə biləcək sosial yönümlü layihələri hazırlayır və təkliflər verir
  • Şirkətlər qrupunun reklam və tanıtım ehtiyaclarını müəyyən edir
  • Yeni və mövcud layihələr üzrə marketinq strategiyasını hazırlayır, planları və layihələri işləyir və həyata keçirir;
  • Şirkət daxili əməkdaşların mühüm xəbər, məlumat və digər lazımi informasiya təminatını təşkil edir;
  • Bütün marketinq və kommunikasiya aktivliklərini idarə edir və həyata keçirir;
  • Əlaqədar struktur vahidləri ilə mütəmadi əlaqə saxlayır və koordinasiyalı fəaliyyət göstərir;
  • Şirkətlər qrupunun ictimaiyyətlə əlaqədar funksiyalarının effektiv şəkildə həyata keçirilməsində məsuliyyət daşıyır;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir;
  • İctimaiyyətdə şirkətlər qrupu haqda rəyi nəzarətdə saxlayır və mütəmadi təkliflər hazırlayır.

Namizədə olan əlavə tələblər:

Yoxdur