Daxili kommunikasiya üzrə mütəxəssis

Daxili kommunikasiya üzrə mütəxəssis
  • İnsan resurslarının idarə edilməsi departamenti
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2023-08-03
Namizədə olan tələblər:
  • Jurnalistika, kommunikasiya sahəsində ali təhsil (arzuolunandır);
  • Kommunikasiya və ya ictimaiyyətlə əlaqələr sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilməsi, rus dilini bilməsi üstünlükdür;
  • Əla ünsiyyət bacarıqları (həm şifahi, həm də yazılı) və müxtəlif mənşəli və mədəniyyətlərdən olan bir sıra insanlarla aydın ünsiyyət qurmaq bacarığı;
  • Yaradıcı ideyaları inkişaf etdirmək və onları praktik reallığa çevirmək bacarığı;
  • Marketinq və kommunikasiya prinsipləri, təlimatlar və ən yaxşı iş təcrübələri haqqında biliklər;
  • Yüksək səviyyədə enerji, motivasiya və təşəbbüskarlıq;
  • Strukturlaşdırılmış düşüncə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Hesabat və təqdimat bacarığı.

Ümumi vəzifə öhdəlikləri:
  • Şirkət daxilində effektli ünsiyyət sisteminin qurulması və idarə olunması;
  • Müxtəlif platformalar vasitəsilə daxili ünsiyyət üçün mətn tərtibi və redaktə olunması;
  • Bütün şirkət daxili təşəbbüslər, dəyişikliklər və təkliflər barədə əməkdaşların məlumatlandırılmasının təmin edilməsi;
  • Daxili ünsiyyət strategiyaları hazırlanmasında dəstəkçi funksiyasını yerinə yetirmək;
  • Daxili kommunikasiyaların vaxtında və müvafiq olmasını təmin etmək üçün məzmun təqvimini hazırlamaq və icra etmək;
  • Daxili kommunikasiyaların effektivliyinə nəzarət edilməsi və ölçülməsi, rəy və məlumatların təhlili əsasında təkmilləşdirilməsi üçün tövsiyələr verilməsi

Namizədə olan əlavə tələblər:

Yoxdur