Namizədə olan tələblər:
- Satınalma, Biznesin idarə edilməsi, İqtisadiyyat sahələri üzrə ali təhsil (Magistr dərəcəsinə üstünlük verilir);
- Satınalma sahəsində ən azı 3 il müvafiq iş təcrübəsi olmalı;
- CIPS və ya ekvivalenti sertifikatlarının olması üstünlükdür;
- Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür;
- MS Office proqramlarında və ERP sistemində sərbəst işləmə bacarığı;
- Şirkətin dəyərlərinə uyğunluq (Dürüstlük, Keyfiyyət, Əməkdaşlıq, Sahibkarlıq və Gəlirlilik);
- Əhəmiyyətli biznes nəticələrinə təsir edən səviyyədə sübut edilmiş mütəxəssislik bacarığı olması tövsiyyə olunur;
- Güclü təşkilatçılıq, detallara diqqət və danışıqlar aparmaq bacarığı olmalı;
- Problem həll etmə və analitik düşünmə bacarığı olmalı.
Ümumi vəzifə öhdəlikləri:
- Satınalma əməliyyatları üzrə RFİ, RFP, RFQ sorğularının keçirilməsini icra etmək;
- Satınalma bölməsi tərəfindən aparılmış əməliyyatlar üzrə hesabatları hazırlamaq;
- Tədarükçülərin İxtisas Uyğunluq Dəyərləndirilməsindən (PQQ) keçirilməsi prosesini aparmaq;
- Tədarükçülərin qeydiyyat cədvəlinin qurulmasını təşkil etmək;
- Bazar araşdırılması layihələrini icra etmək və bazarda olan mövcud tədarükçülərin və qiymətlərinin analizini etmək;
- Təchizatçılarla mövcud müqavilələrin təhlili və yeni müqavilələrin idarə olunması prosesini təşkil etmək;
- Müqavilələrin qeydiyyat cədvəlinin qurulmasını təşkil etmək;
- Daxili maraqlı tərəflərlə (Son İstifadəçilər / Sifarişçilər) korporativ əlaqələr yaratmaq və tələbnamələrin idarə olunması üçün müzakirələrin aparılmasını təşkil etmək;
- Satınalma xərclərinə uzunmüddətli qənaət prinsipləri ilə çalışmaq;
- Şirkətin konfidensiyallıq və korporativ əlaqələr tələblərinə riayət etmək.
Namizədə olan əlavə tələblər:
Yoxdur