Baş Hüquqşünas

Baş Hüquqşünas
  • Hüquq departamenti
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2023-07-13
Namizədə olan tələblər:
  • Ali hüquq təhsili olmalı;
  • Korporativ hüquq sahəsi üzrə ən azı 3 (üç) il iş təcrübəsinə malik olmalı;
  • Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı;
  • Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı;
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Ümumi vəzifə öhdəlikləri:
  • Cəmiyyətdaxili əmr, təlimat, prosedur və proseslərin tərtibatı və razılaşdırılması və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklif verilməsi;
  • Dövlət orqanlarının müraciətlərinə cavab vermək və ya aidiyyəti üzrə digər struktur bölmələrə yönləndirmək, dövlət orqanlarında və digər təşkilatlarda Cəmiyyəti təmsil etmək;
  • Daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Hüquqi ekspertiza üçün daxil olan normativ sənədlərin və müqavilələrin layihələrinə rəy vermək;
  • Cəmiyyətin və onun törəmələrinin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • Cəmiyyətin törəmələrinin istehsal etdiyi əmtəələrə lisenziya və sertifikatların əldə edilməsi üçün hüquqi dəstək göstərmək;
  • Cəmiyyətin xarici vətəndaş olan işçilərinə iş və yaşayış icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Cəmiyyətin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Əmək münasibətləri sahəsində Cəmiyyətin fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
  • Cəmiyyətin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlərin yerində və operativ araşdırılması;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Namizədə olan əlavə tələblər:

Yoxdur