Biznesin inkişafı funksiyasının rəhbəri

Biznesin inkişafı funksiyasının rəhbəri
  • İdarə heyəti
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2023-05-24
Namizədə olan tələblər:
  • İqtisadiyyat, marketinq, maliyyə sahələrində bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür);
  • Biznesin inkişafı sahəsində rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
  • Biznes inkişafı, satış və ya marketinq sahələrində təcrübə;
  • Müştəri və nəticəyönümlü yanaşma;
  • Yüksək ünsiyyət, təqdimetmə və komandada işləmək bacarığı;
  • Strateji düşünmə və analitik təhlil bacarığı.

Ümumi vəzifə öhdəlikləri:
  • Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
  • Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
  • Mənfəət və zərər proqnozu, bazar araşdırması kimi öhdəliklərin yerinə yetirilməsi;
  • Yeni biznes imkanlarının dəyərləndirilməsi və qərar prosesində rəhbərliyə dəstək vermək;
  • Biznesin inkişafı üçün strateji tərəfdaşlıqların inkişafı və idarə edilməsi;
  • Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi.

Namizədə olan əlavə tələblər:

Yoxdur