Menecer

Menecer
  • Satınalma bölməsi
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2023-05-22
Namizədə olan tələblər:
  • Biznesin idarə edilməsi, Logistika və ya oxşar müvafiq sahədə ali təhsil (magistr dərəcəsi olanlara üstünlük verilir);
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Peşəkar ünsiyyət və liderlik bacarıqları;
  • Təchizatın planlaşdırılması və təchizatçıların performansını qiymətləndirmək bacarığı;
  • Danışıqların aparılması və təchizatçılar arasında düzgün seçim etmək bacarığı;
  • Bazarı təhlil etmək bacarığı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı.

Ümumi vəzifə öhdəlikləri:
  • Şirkətin illik təchizat ehtiyaclarının müəyyənləşdirilməsi
  • Satınalma proseslərinin vaxtında, prosedur və proseslərə uyğun olaraq icrasına nəzərət etmək;
  • Satınalma büdcəsinə nəzarət etmək və satınalma xərclərinə uzunmüddətli qənaət mədəniyyətini inkişaf etdirmək;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilinə nəzərət etmək;
  • Satınalma sorğularına nəzarət edilməsi, onların yoxlanılması və hesabatlarının hazırlanması üçün tapşırıqlar vermək;
  • Alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarının qiymətləndirilməsi;
  • Tender sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılmasına nəzərət edilməsi;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər proseslərin effektiv idarəolunmasına nəzərət edilməsi;
  • Müqavilələrin və şərtlərin əlverişli olmasını təmin etmək üçün şirkətin Hüquq departamenti ilə sıx əməkdaşlıq etmək;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılmasına, müqavilə şərtlərinin müəyyən olunmasına nəzərəti təmin etmək.

Namizədə olan əlavə tələblər:

Təchizat zəncirinin idarə edilməsi üzrə beynəlxalq sertifikatlarının olması əlavə üstünlükdür.