Namizədə olan tələblər:
- Operator öz fəaliyyətində texniki istismar qaydalarını (TİQ), təhlükəsizlik texnikası qaydalarını (TTQ), yanğın təhlükəsizlik qaydalarını (YTQ), istehsalat sanitariyası, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilməli və tələblərə riayət etməlidir
- Bu təlimatda aşağıda göstərilən funksiyaları yerinə yetirmədiyi təqdirdə, müvafiq qanunvericiliyə və bu təlimata uyğun olaraq məsuliyyət daşıyır
- Ətraf mühitin qorunması üzrə qanunvericiliyi və fəaliyyətinə aid edilən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini
- Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsirinin dərəcəsini, ekologiyaya aid qüvvədə olan qanunvericiliyi və Cəmiyyətin strategiyasını
- Fəaliyyətlə bağlı risklərin və onların idarə edilməsi üzrə tədbirləri
- Əməyin və istehsalatın təşkilini, əmək qanunlarının əsaslarını, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını, istehsalat sanitariyasını və yanğından mühafizə qaydalarını təmin edən təlimatları
- Cəmiyyətin ekologiya, keyfiyyət və əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə siyasətini bilməli və həyata keçirilməsi üçün lazım olan tədbirlərin təşkil olunmasını
- Baş verən qəzalar və xəsarətlər barədə vaxtında və dolğun məlumat verməli, özünün və ətrafda işləyən işçilərin sağlamlığına zərər verə biləcək iş fəaliyyət aparmamalı
- FMV-dən təhlükəsizlik tələblərinə uyğun olaraq düzgün istifadə olunmasına və saxlanmasına riayət etməli
- Cəmiyyətin anti-alkoqol və psixotrop maddələrin istifadəsinə dair siyasətinə uyğun olaraq tələblərə riayət etməli və mütamadi yoxlamalarda iştirak etməli
- Cəmiyyətin beynalxalq standartların və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə dair üzrərinə götürdüyü öhdəliklərini həyata keçirməli və qoyulan hədəflərə nail olmasına köməklik göstərməli
- İstehsalat proseslərində işləri düzgün aparmalı, avadanlıqların, mexanizmlərin, qurğuların təhlükəsiz istismarını həyata keçirməli.
Ümumi vəzifə öhdəlikləri:
- Xətt işə düşməzdən əvvəl polimer örtüklü polad lövhə rulonlarının düzgün yerləşdirilməsini təmin etmək
- Polimer örtüklü polad lövhənin formaverici valların arasından standartlara uyğun keçməsini təmin etmək
- Süngər və ya bantın sendviç panellərinin yanlarına düzgün vurulmasını təmin etmək
- Nasosların normal təzyiqlə çalışmasına nəzarət etmək
- Xəttin sürətinə nəzarət etmək
- Xammal qarışığı tökülən ucluqdan qarışığın normada tökülməsinə nəzarət etmək
- Ucluğun yuyulması üçün istifadə edilən yuyucu maddə və su qarışığının olduğu çənin səviyyəsinə və təzyiqinə nəzarət etmək
- Press sahəsində divar və ya dam panellərinin hərəkətinə və pressin qaydaya uyğun tənzimlənməsini təmin etmək
- Press formaların düzgün yığılmasını təmin etmək
- Daş yun (Minvat) sahəsində daş yunun xəttə yerləşdirilməsinə,mişardan çıxan daş yunun qaydaya uyğun kəsilməsinə və xəttə düzgün ötürülməsini təmin etmək
- Kəsmə sahəsində divar və ya dam panellərinin qaydalara uyğun kəsilməsinə və mişarın hərəkətinə nəzarət etmək
- Hava soran sərinkeşlərin işləməsinə və tozun sorulmasına nəzarət etmək
- Paketlənmə sahəsində divar və ya dam panellərinin hərəkətinə və normalara uyğun paketlənməsini təmin etmək
- Panellərin qaydalara uyğun polietilen örtüklə üzlənməsini təmin etmək
- Paketlənmiş panellərin nəqliyyat vasitələrinə yüklənmə sahəsinə təhlükəsiz və qüsursuz ötürülməsini təmin etmək
- İş yerinin təmizliyinə ciddi riayət etmək.Çalışdığı alətləri təmiz saxlamaq
- İşin sonunda hazır məhsulu sahə rəisinə təqdim edir və sahə rəisinin verdiyi sənəddə müvafiq qeydlər aparır
- Zərurət olduqda sex rəisinin göstərişi ilə vəzifəsinə aid olmayan digər işləri yerinə yetirmək
Namizədə olan əlavə tələblər:
Yoxdur