Namizədə olan tələblər:
Ümumi vəzifə öhdəlikləri:
- Avadanlığı işə salmazdan öncə avadanlığın sazlığını yoxlamalı; (Qazın təzyiqi,elektrik naqillərinin vəziyyəti , hidravlik boruların kipyili,mexaniki hissələrin kipliyi)
- İstehsalata başlamadan öncə ön hazırlıq proseslərinə nəzarət etməli və hər bir profilə görə müəyyən olunmuş temperaturları daxil etməli; (Konteynerin temperaturu, qəlib sobasının temperaturu , pəstah isitmə sobasının temperaturu)
- Pəstah isitimə sobasını işə salarkən hadisənin qarşısının alımağı üçün mütləq sobanın qapılarının açıq olduğuna nəzarət etməli;
- İstehsala başlamadan öncə presin mərkəz ayarlarını yoxlamalı; (zımba , konteyner, qəlib sürgü mərkəzini )
- İstehsal olunacaq sifarişlə tanış olmalı, sifarişçinin tələbinə uyğun profilin hansı standarta uyğun olması , profilin uzunluğunu, həndəsi ölçülərini ( çertyoju ) növbə rəisindən və ya sahə rəisindən öyrənməli;
- İstehsal başlayarkən , profilin müəyyən olunmuş uzunluqda (metr ) istehsalı üçün pəstahın ölçüsünü hesablamalı və ümumi istehsal miqdarının bitməsi üçün müəyyən olunmuş pəstahın miqdarını hesablamalı;
- İstehal prosesinə başlayarkən qəliblərin sobadan çıxarılması, pres avadanlığına yerləşdirilməsi və qəlibin düzgün yığılmasının yoxlanılması baş operator tərəfindən icra edilməli;
- Profillərin istehsalı zamanı hər 5-8 pəstahdan bir nümunə götürülüb standartın tələbinə uyğun olub olmamağı barədə sahə rəisinə və ya növbə rəisinə məlumat verməli;
- Pres çıxışının yolluğunda istehsal olunan hər bir keyfiyyətsiz profilə görə məsuliyyəti bir-başa baş operator daşımalı;
- İş sonu ərazisini təmizləməli , pəstah isitmə sobasının soyutma pərinin deformasiya olmamağı üçün qapılarını açmalı və minimum 3 saat sonra soyutma pərini söndürməli;
- İstehsal zamanı yaranan hər hansı texniki nasazlıq barəsində dərhal növbə rəisi və ya sahə rəisinə məlumat verməli;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası , yanğından mühafizənin norma və qaydalarına riayət etməli;
Namizədə olan əlavə tələblər:
Yoxdur