Namizədə olan tələblər:
- Biznes, iqtisadiyyat, mühəndislik və ya digər əlaqəli sahələrdə bakalavr dərəcəsi
- Azərbaycan və ingilis dillərində səlis yazılı və şifahi kommunikasiya bacarığı
- Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
- Layihə idarəetməsində ən az 5 il təcrübə
- Strategiyanın hazırlanması və ya transformasiya sahəsində təcrübə əlavə üstünlükdür
- Layihə idarəetməsi üzrə proqram təminatı və alətlərindən istifadə bacarığı
- Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti
- Yüksək səviyyəli ünsiyyət və təqdimat bacarıqları
- Liderlik və komanda ilə effektiv işləmək bacarığı
Ümumi vəzifə öhdəlikləri:
- Şirkətin məqsədlərinə nail olunmasını dəstəkləmək üçün strateji təşəbbüsləri hazırlamaq və həyata keçirmək
- Strateji təşəbbüsləri və metriksləri formalaşdırmaq, onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək
- Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək
- İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək
- Şirkət səviyyəsində strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər haqqında məlumatlılığı təmin etmək
- Qlobal və yerli bazarda yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq
- Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onları istiqamətləndirmək
- Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə hesabatlar və təkliflər vermək
Namizədə olan əlavə tələblər:
Yoxdur