Mühəndis konstruktor

Mühəndis konstruktor
  • İnsan resurslarının idarə edilməsi departamenti
  • The Power of Tomorrow
  • Elanın yerləşdirmə tarixi: 2022-12-21
Namizədə olan tələblər:
  • Müvafiq sahələr üzrə Ali, Peşə, Orta ixtisas pilləsini bitirmiş olmalı
  • Müvafiq sahələr üzrə beynəlxalq kurs və ya sertifikatın olması əlavə üstünlükdür
  • Yaxşı səviyyədə İngilis dili biliyi
  • Etibarlılıq və dürüstlük nümayiş etdirməli
  • Yeni biliklər öyrənməyə açıq olmalıdır

Ümumi vəzifə öhdəlikləri:
  • Mühəndisi qurğularının metal konstruksiyalarının hesablanmasını və layihələndirilməsi
  • Hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin etməli
  • Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edilməsi
  • Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir
  • İşçi layihələrin yoxlanması , layihələrin, işin ixtisas və ya profili üzrə nəzarətinin həyata keçirilməsi, mürəkkəb hissələrin naturadan eskizinin çıxarılması
  • Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədlərin tərtib edilməsini
  • Təcrübə üçün hazırlanmış nümunənin quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin sənaye nümunələrinin hazırlanması, ixtiralar üçün sifariş tərtib edilməsi, eləcə də konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında, standart layihələrin işlənib hazırlanmasında iştirak etməsi

Namizədə olan əlavə tələblər:

Maksimum bir il sahə üzrə iş təcrübəsi olan şəxslər və ya yeni məzunlar da, müraciət edə bilər.