Tabelçi

Tabelçi
  • İdarə heyəti
  • STP METAL STRUCTURES
  • Elanın yerləşdirmə tarixi: 2024-09-27
Namizədə olan tələblər:
  • - Natamam ali təhsil; - Müvafiq sahədə ən azı 1-3 il iş təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi arzuolunandır); - AR Əmək Məcəlləsini bilməli; - Kadr işinin təşkili və hesabatların tərtib edilməsi; - MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti (excel bilikləri əla səviyyədə); - İşgüzar yazışma, sərbəst araşdırma və problem həll etmə qabiliyyəti, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik; - Dəqiqlik, detallara fikir vermə qabiliyyəti; - Bəy namizəd;

Ümumi vəzifə öhdəlikləri:
  • - İşçilərin tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək; - İşçilərin davamiyyətinin yoxlanılması üçün tərtib olunan sənədə nəzarət edib işə gəlməyən işçilər haqqında məlumat əldə etməlidir. - Layihələr üzrə işçilərin davamiyyətinə nəzarət edilməsi, layihə tabelin hazırlanması; - İşə gəlməyən işçilər haqda dərhal İstehsalat Rəhbərinə və İR məlumat vermək; - Tabeldə müvafiq qeydlər edir və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsi haqqında, səbəblərini qeyd etməklə hesabat tərtib edir. - Müəssisə, idarə və təşkilatların işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparır. - İşçilərin işdə olmadıqlarını təsdiq edən müvəqqəti iş qabiliyyətini itirmələri haqqında xəstəlik vərəqələrin, xəstələrə qulluq üçün arayışların və digər sənədlərin vaxtında təqdim olunmasına nəzarət edir. - İşçilərin məzuniyyət və icazə ərizələrini hazırlanmasında dəstək olur, imzalı ərizələri rəsmləşdirilməsi üçün İR təqdim edir. - Müəyyən olunmuş qaydada işlənmiş, işdən əlavə işlənilən vaxt və əmək intizamının pozuntular haqqında məlumatları əks etdirən tabeli aparır. - İşçilərin davamiyyətini türniket üzərindən yoxlayır, ay sonunda davamiyyətlərə dair hesabat hazırlayır.

Namizədə olan əlavə tələblər:

Yoxdur