Aparıcı mühasib

Aparıcı mühasib
  • Maliyyə departamenti
  • STP ALUMINIUM
  • Elanın yerləşdirmə tarixi: 2024-09-23
Namizədə olan tələblər:
  • Vergi məcəlləsi, Mülki məcəllə və digər qanunvericilik aktları üzrə biliklər
  • Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
  • Peşəkar mühasib sertifkatı arzu olunandır

Ümumi vəzifə öhdəlikləri:
  • Maliyyə hesabatlarını ( Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı)
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Vergi və mühasibat uçotunun aparılması
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Debitor və kreditor hesablaşmaların aparılması
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
  • Mal-materialların uçotunun aparılması
  • İdxal və ixtac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
  • Proseslərin optimallaşdırılması və avtomatlaşdırılması üçün təkliflərin verilməsi
  • Gündəlik və aylıq hesabatlarının tərtib edilməsi
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət etmək
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • Aylıq, rüblük və illik bütün Vergi DSMS və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara vaxtında təqdim edilməsi
  • Ödənişləri nəzarətdə saxlamaq, internet banking vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək
  • Məxfilik prinsipini pozmamaq
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək

Namizədə olan əlavə tələblər:

yox