Namizədə olan tələblər:
- Texniki sahə üzrə təcrübə(Xüsusən hidravlika üzrə)
Ümumi vəzifə öhdəlikləri:
- Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir.
- Avadanlıqların hidravlika sahəsində baxış, texniki sınaq və profilaktik təmir işlərini təşkil edir.
- Planlı təmir üçün planların təşkilində, siyahıların tərtib edilməsində iştirak edir, öz təkliflərini verir, lazımi texniki sənədlərlə tanış olur və digər struktur bölmələri ilə əlaqəli işləməni təşkil edir.
- Hidravliki avadanlıqların təmirində, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasında, təmirin keçirilməsində, smeta xərclərinin hesablanmasında, ehtiyat hissələrinin və materiallarının alınması üçün siyahıların hazırlanmasında iştirak edir.
- Yüksək təzyiqli pompalar, əl alətləri və xüsusi mexaniki alətlər ilə mexaniki və hidravlik avadanlıqlarla işləmək.
- Hər hansı bir işin təmirinə başlamazddan əvvəl işin planlaşdırılmasını, plana uyğun alət və ehtiyat hissələrin hazırlanması və personalın ayrılmasını təşkil etmək bacarığı.
- Şlanq birləşmələrinin yüksək və aşağı təzyiqli hidrostatik və pnevmatik sistemlərdə birləşdirilməsini yerinə yetirmək.
- İsti yağ, dizel və suyun yuyulması və maye filtrasiyanın həyata keçirmək.
- Müxtəlif növ nasos və siyirtmələrin funksional sınaqları və təmiri
- Hidravlik silindrlərin yığılması və funksional sınağı
- Təzyiq tənzimləyici və qoruyucu klapanların təmiri, funksional iş rejimlərinin bilgisi və avadanlıqların üzərində rolunun bilgisi
- Obyektlərin və ərazilərin təhlükəsiz və səliqəli saxlanmasına kömək etmək.
- Təmir işləri zamanı əməyin mühafizəsi və təhlükəsizlik Qaydalarına əməl olunmasını, avdanlıqların istismarı zamanı təhlükəsiz və əlverişli əmək şəraitinin yaradılmasını təmin edir.
- Servisə gələn avadanlıqların yoxlanmasını və onlara təmir, xidmət, test işlərini həyata keçirmək, təşkil etmək
- Qüsur aktları və sertifkatların düzgünlüyünün yoxlanılmasını həyata keçirmək.
- Avadanlıqların və xidmət işlərinin keyfiyyətli və düzgün yerinə yetirilməsini təşkil etmək
- Boruların və şlanqların test olunması, yuyulması qayda və prinsiplərini bilmək
- Hİdravlik avadanlıqların( silindir, qoruyucu klapan, tərs klapan, idarəolunan tərs klapan, diyircəkli və iynəli klapan, istiqamətləndirici klapan, kontur balans klapan, təzyiq açarları, borular yuyulandan sonra yağın təmizlik dərəcəsini təyin edən NAS aparatı) işləmə prinsiplərini və sökülüb yığılma qaydalarını bilməli
- Hidravlik şlanqların, turbaların, klapanların, silindirlərin, motorların təmiri və təzyiq sınağını bilməli
Namizədə olan əlavə tələblər:
yoxdur