Mühəndis texnoloq

Mühəndis texnoloq
  • İnsan resurslarının idarə edilməsi departamenti
  • The Power of Tomorrow
  • Elanın yerləşdirmə tarixi: 2022-12-21
Namizədə olan tələblər:
  • Müvafiq sahələr üzrə Ali, Peşə, Orta ixtisas pilləsini bitirmiş olmalı
  • Müvafiq sahələr üzrə beynəlxalq kurs və ya sertifikatın olması əlavə üstünlükdür
  • Yaxşı səviyyədə İngilis dili biliyi
  • Etibarlılıq və dürüstlük nümayiş etdirməli
  • Yeni biliklər öyrənməyə açıq olmalıdır

Ümumi vəzifə öhdəlikləri:
  • Mühəndis-texnoloq, ətraf mühitin təhlükəsizliyini nəzərə alaraq, mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır
  • İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən təşkil edir;
  • Sexdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır
  • Xammala,materiala, əmək sərfinə qənaəti təşkil edir
  • Məhsulun, işlərin(xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edir
  • Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir
  • Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir
  • Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır
  • Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirir
  • Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir
  • Zay və keyfiyyətsiz məhsul buraxılışının və istehsal qəzaları səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması, qəzaların qarşısının alınması tədbirlərinin hazırlanmasında fəal iştirak edir

Namizədə olan əlavə tələblər:

Maksimum bir il sahə üzrə iş təcrübəsi olan şəxslər və ya yeni məzunlar da, müraciət edə bilər.