Xarici satış üzrə menecer

Xarici satış üzrə menecer
  • Qrup Biznesin İnkişafı Departamenti
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2024-06-28
Namizədə olan tələblər:
  • Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
  • B2B satış seqmentinin iş xüsusiyyətləri üzrə praktiki bilik;
  • Biznes və ya əlaqəli sahələrdə ali təhsil;
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı;
  • Komanda işi, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
  • Müştəriyönümlülük.

Ümumi vəzifə öhdəlikləri:
  • Xarici bazarlarda potensial müştəriləri təyin etmək, güclü və uzunmüddətli əlaqələr qurmaq.
  • Müxtəlif sənaye sahələrində ixrac əməliyyatları üçün tələb olunan məhsul sertifikatlarından məlumatlı olmaq.
  • Ölkə və region üzrə potensial distribütor şirkətləri birgə fəaliyyətə cəlb etmək.
  • Beynəlxalq bazarlardakı müştəri bazasını genişləndirmək üçün daxildə maraqlı tərəflərlə birgə strateji planları inkişaf etdirmək və icra etmək.
  • Müqavilə, qiymət və digər kommersiya şərtləriylə bağlı danışıqların şirkətin mənfəətlilik siyasətiylə uyğunluğunu təmin etmək.
  • Razılaşma sənədlərinin hazırlanmasını, imzalanmasını təmin etmək.
  • Sənaye üzrə bazar trendlərindən, müştərilərə təsir edən tənzimləyici dəyişikliklərdən məlumatlı olmaq, rəqib fəaliyyətlərini izləmək, müştəri ehtiyaclarını proqnozlaşdırıb onların həll olunması üçün təkliflər vermək.
  • Aylıq, rüblük, illik satış hədəflərinin reallaşmasını əsas performans göstəriciləri (dövriyyə, mənfəət və müştəri məmnuniyyəti) üzrə monitorinq etmək.
  • Şirkətin ümumi hədəflərinə uyğun gələn sərgi, konfrans, seminar və bənzər tədbirlərdə iştirak etmək.
  • Öz funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görmək.
  • Əmək fəaliyyətinin, habelə, struktur vahidin işinin təkmilləşdirilməsi məqsədilə struktur rəhbərinə müvafiq təkliflər vermək.

Namizədə olan əlavə tələblər:

Yoxdur