Satınalma üzrə mütəxəssis

Satınalma üzrə mütəxəssis
  • Satınalma bölməsi
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2024-06-11
Namizədə olan tələblər:
  • Təchizat və satınalma proseslərini və ümumi prinsiplərini anlamaq;
  • Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı;
  • Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı;
  • Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim etməli;
  • Bazarı təhlil etmək bacarığı;
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı;

Ümumi vəzifə öhdəlikləri:
  • Sifarişçilərdən daxil olan satınalma tələblərini nəzərdən keçirmək, satınalma sorğularını hazırlamaq və müvafiq siyasət və şərtlərə uyğun olaraq icra etmək;
  • Tələb olunan mal, iş və xidmətlər üzrə bazar araşdırmasını aparmaq, qiymət təkliflərini almaq, təkliflərin müqayisəli təhlilini aparmaq və səmərəli təklifi müəyyən etmək;
  • Bağlanılacaq satınalma müqavilələrini icra müddətlərinə əsasən hazırlamaq, sifarişçi və icraçı ilə müqavilə şərtlərini razılaşdırmaq və imzalanmasını təmin etmək;
  • Təchizatçı şirkətlərlə müvafiq qaydalar çərçivəsində görüşləri, danışıqları və yazışmaları həyata keçirmək;
  • Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
  • Tender predmetinə uyğun şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən təsnifat sənədlərinin təmin edilməsini təşkil etmək;
  • Tender sənədlərinin qeydiyyatını təmin etmək;
  • Təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin aparılmasını təmin etmək;
  • Qüsurlu və ya yararsız təqdim edilən mal, xammal, yerinə yetirilən iş və ya göstərilən xidmətlər üzrə təchizatçılarla danışıqlar aparmaq və çatışmazlıqların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görmək;
  • İnzibati idarəetmə xərclərini (internet, kommunal, icarə, nəqliyyat və digər) vaxtında icra etmək;
  • Risklərin minimallaşdırılması məqsədi ilə müqavilə şərtlərini təhlil etmək;
  • Satınalmalar sahəsində işlərin təkmilləşdirilməsi üçün təkliflər vermək;
  • Satınalma proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatları hazırlamaq;

Namizədə olan əlavə tələblər:

Yoxdur