Namizədə olan tələblər:
- Müvafiq sahələr üzrə Ali, Peşə, Orta ixtisas pilləsini bitirmiş olmalı
- Müvafiq sahələr üzrə beynəlxalq kurs və ya sertifikatın olması əlavə üstünlükdür
- Yaxşı səviyyədə İngilis dili biliyi
- Etibarlılıq və dürüstlük nümayiş etdirməli
- Yeni biliklər öyrənməyə açıq olmalıdır
Ümumi vəzifə öhdəlikləri:
- Dəzgahın işə hazırlanması prosesində istifadə ediləcək müvafiq alət, avadanlıq və materialları seçməli
- Kəsici alətləri, ehtiyat hissələrini və ya dəzgaha əlavə edilən materialları yoxlamalı
- Maksimum səmərəlilik səviyyəsinin əldə edilməsi və iş tapşırığının yerinə yetirilməsi baxımından əməliyyatların ardıcıllığını müəyyən etməli
- Dəzgahın parametrlərini texniki tələblərə uyğun olaraq qurmalı
- Torna əməliyyatları üçün materialları düzgün şəkildə qoymalı
- İstismar prosedurlarına və istehsalçının texniki şərtlərinə uyğun olaraq dəzgahı işə salmalı, işlətməli və söndürməli
- Tələb olunduğu təqdirdə baza texniki xidmət işlərini yerinə yetirməli
- Cizgi və texniki tələblərə uyğun olaraq ölçmələr aparmalı
- Dəzgahda hissələrin texniki tələblərə uyğunluğunu təmin etməli
- Müvafiq metod, alət və avadanlıqlardan istifadə etməklə istifadə olunan materialların texniki şərtlərə uyğunluğunu yoxlamalı
- Mikrometr və s. bu kimi dəqiq cihazlardan istifadə etməklə qüsurların olub-olmadığını aşkar etmək və texniki tələblərə uyğunluğu müəyyən etmək məqsədi ilə tamamlanmış hissələri ölçməli, yoxlamalı və ya test etməli
- Lazımı şəkildə yağlanmasını və ya soyumasını təmin etmək məqsədi ilə emal olunan detalı yoxlamalı
- Avadanlıqları və iş sahəsini təmizləmək, onların texniki istismar prosedurlarına uyğun olaraq xidmətə yararlı olmasını yoxlamalı
- İstehsal prosesinə uyğun olaraq istismara yararsız avadanlıqlardakı qüsurları aşkar etmək və onları işarələməli
Namizədə olan əlavə tələblər:
Maksimum bir il sahə üzrə iş təcrübəsi olan şəxslər və ya yeni məzunlar da, müraciət edə bilər.