Menecer

Menecer
  • Keyfiyyət və SƏTƏM departamenti
  • STP GLOBAL CABLE
  • Elanın yerləşdirmə tarixi: 2024-01-05
Namizədə olan tələblər:
  • İxtisas üzrə diplom və ya sertifikatlara (İSO 14001:2015, İSO 45001:2018) sahib olmalı;
  • SƏTƏM qaydalarının tətbiqi baxımından qətiyyətlilik, məsuliyyət, ünsiyyətçilik və insanlarla rahat münasibət qurma bacarığı olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşində dəqiq və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;

Ümumi vəzifə öhdəlikləri:
  • İşçi heyətin SƏTƏM bölməsinə aid olan qaydaların, təlimatların , göstərişlərin , proses və prosedurların tələblərinə əməl etmələrinə mütəmadi nəzarət etmək.
  • Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün rəhbərliyə təkliflər vermək.
  • “STP GLOBAL CABLE” MMC üzrə travmatizm və peşə xəstəliklərinin vəziyyətinin, səbəblərini araşdırıb , onların qarşısının alınması üçün tədbirlər hazırlayıb və onun tətdiqini təşkil etmək.
  • İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən işçilərin həvəsləndirilməsi, eləcə də ayrı-ayrı struktur bölmələrdə əməyin mühafizəsi üzrə qaydaların, təlimatların, göstərişlərin , proses və prosedurların tələblərini pozan , “STP GLOBAL CABLE” MMC -nin əmr və göstərişlərini yerinə yetirməyən rəhbər və digər işçilərin cazalandırılması haqqında rəhbərliyə təkliflər vermək.
  • Baş vermiş bədbəxt hadisələrin təhqiqat aktında göstərilən tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək.
  • İşə yeni qəbul edilmiş işçilərə giriş təlimatı keçirilməsi prosesinə nəzarət etmək.
  • İşçilərin ixtisas üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək. İşçilərin vaxtı-vaxtında tibbi müayinədən keçmələrinə ümumi nəzarət etmək.
  • Baş vermiş bütün bədbəxt hadisələrin təhqiqatında iştirak edib, hesabatını aparmaq.
  • Qoyulmuş normalara uyğun olaraq işçilərin keyfiyyətli xüsusi geyimlər , fərdi mühafizə vasitələri ilə təmin olunmalarını nəzarətdə saxlamaq.
  • İş yerində işçilər üçün təhlükəsiz iş şəraitinin yaradılmasına , onların təlimatlandırılmasına və biliklərin yoxlanmalarına nəzarət etmək.
  • Əmək mühafizəsi üzrə məlumat kitabların, kotaloqlarının, dərsliklərin, nümunəvi təlimatların və digər məlumat-təbliğat və tədris materiallarının nəşrini və bölmələrə paylanmasını təşkil etmək.
  • İşçilərin həyatını və sağlamlığını təhlükə qarşısında qoyan və ya qəza təhlükəsi törədən avadanlıqların istismarını qadağan etmək.
  • Ətraf mühitinin mühafizəsi sahəsində mövcud olan qanunlara , qaydalara riayət edilməsinə , ekoloji sənədləşmələrini müəyyən edilmiş qaydada yerinə yetirilməsinə daim nəzarət edir.
  • Birinci qeydiyyat dəftərinə , normativ lahiyə sənədlərinə və qanunvericiliyə əsasən TG-2 (hava), TG-2 (su) , TG-2( tullantı) statistik hesabatların müəyyən edilmiş qaydada hazırlayaraq müvafiq dövlət idarələrinə təqdim edir.
  • Atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə, axıntı suların təmizlənməsi zamanı əmələ qələn bərk tullantıların , eyni zamanda qaz-toz-tutucu qurğuların dövri olaraq deyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsini normativ lahiyə sənədlərini və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsinə nəzarət edir.

Namizədə olan əlavə tələblər:

Yoxdur