Namizədə olan tələblər:
- Müvafiq sahələr üzrə Ali, Peşə, Orta ixtisas pilləsini bitirmiş olmalı
- Müvafiq sahələr üzrə beynəlxalq kurs və ya sertifikatın olması əlavə üstünlükdür
- Yaxşı səviyyədə İngilis dili biliyi
- Etibarlılıq və dürüstlük nümayiş etdirməli
- Yeni biliklər öyrənməyə açıq olmalıdır
Ümumi vəzifə öhdəlikləri:
- Cizgilər üzrə boru xətlərinin quraşdırılması barədə təsəvvürə malik olmaq
- Müxtəlif diametrli boruların, boru sistemlərindəki armaturların (siyirtmə, klapan və s.),dirsəklərin, diametr üzrə keçid hissələrinin boltlu flanslarla və qaynağa verilməsi üsulu ilə birləşdirilməsi (quraşdırılması) işlərini bacarmalı
- Quraşdırma işlərini müvafiq prosedurlara və standartlara uyğun icra etməli
- Boruların növləri, ümumilikdə material tərkibi haqqında məlumatlı olmalı
- Boru quraşdırma kimi konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan peşəkar və təhlükəsiz istifadəni bacarmalı
- İşlə bağlı çertyoj və planı oxumağı bilməli, izah etməyi bacarmalı
- Cizgi əsasında boruları və bütün növ lazımi detalları kəsməyi, uyğunlaşdırmağı, yerləşdirməyi və tərkib hissələrini quraşdırmağı bacarmalı
- Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli
- Sex şəraitində boru hissələrinin və dayaqlarının verilən cizgilər əsasında yığılmasını bilməli
- Boruların diametrləri, materialları, çəkisi kimi xarakteristikalar barədə məlumatlı olmaq
Namizədə olan əlavə tələblər:
Maksimum bir il sahə üzrə iş təcrübəsi olan şəxslər və ya yeni məzunlar da, müraciət edə bilər.