Keyfiyyət təminatı üzrə böyük mütəxəssis

Keyfiyyət təminatı üzrə böyük mütəxəssis
  • Keyfiyyət və SƏTƏM departamenti
  • STP GLOBAL CABLE
  • Elanın yerləşdirmə tarixi: 2024-04-01
Namizədə olan tələblər:
  • İSO 9001:2015 üzrə lead auditor sertifikatı olmalı
  • İSO 45001:2018, İSO 14001:2015 standartları üzrə baza bilikləri olmalıdı
  • İşgüzar və məsuliyyətli olmalı
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır

Ümumi vəzifə öhdəlikləri:
  • Departamentin fəaliyyətlər üçün beynəlxalq standartlara uyğun olaraq keyfiyyətin idarə edilməsi ilə bağlı metodoloji prosedurların, təlimatların, iş axını diaqramlarının və müvafiq iş formalarının hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi
  • Keyfiyyət menecmenti sistemi üzrə beynəlxalq standartlara və daxili prosedurlara uyğunluğu ölçmək üçün audit cədvəllərinin təşkili, auditlərin aparılması və auditlərin təşkilinin təmin edilməsi və aşkar edilmiş uyğunsuzluqların izlənməsi
  • Keyfiyyətin İdarəetmə Sisteminin tələb olunan bütün proseslərinin qurulmasına dəstək və təkmilləşməsində yaxından iştirak etmək
  • Keyfiyyət İdarəetmə Sisteminin tələbləri istiqamətində risk və imkanların idarə olunması prosesini koordinasiya etmək
  • Təsdiq edilmiş plana uyğun auditlərin keçirilməsində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi üzrə hesabatları hazırlamaq
  • Müştəri məmnunluğunun yoxlanması və müştərilərdən gələn şikayətlərin araşdırılması və davamlı yaxşılaşdırmaların aparılmasına dəstək
  • Beynəlxalq standartlar üzrə işçilərin təlimləndirilməsi və istiqamətləndirilməsinin təmin edilməsi üzrə dəstək vermək
  • Uyğunsuzluqların idarə olunması prosesində yaxından iştirak etmək, kök səbəb analizinin aparılması zamanı tövsiyyə və iradlarını bildirmək, lazım gəldikdə müvafiq alətlərlə kök səbəb analizinin aparılması
  • Rəhbərliyin təhlili üçün tələb olunan məlumatların toplanması və müvafiq təhlilin təşkil olunmasına dəstək

Namizədə olan əlavə tələblər:

Yoxdur