Namizədə olan tələblər:
- Müvafiq sahələr üzrə Ali, Peşə, Orta ixtisas pilləsini bitirmiş olmalı
- Müvafiq sahələr üzrə beynəlxalq kurs və ya sertifikatın olması əlavə üstünlükdür
- Yaxşı səviyyədə İngilis dili biliyi
- Etibarlılıq və dürüstlük nümayiş etdirməli
- Yeni biliklər öyrənməyə açıq olmalıdır
Ümumi vəzifə öhdəlikləri:
- Qaynaq prosesini planlaşdırmalı
- Qaynaq prosedurlarını oxumaq və iş tapşırığını başa düşməli
- İş ardıcıllığını planlaşdırmalı
- İş sahəsini təhlükəsizlik prosedurlarına uyğun olaraq hazırlamalı
- Verilmiş materialda gözlənilən nəticələri əldə etmək üçün müvafiq elektrodlar seçmək, onları birləşdirmək, qazlardan (oksi-asetilen və arqon), arqon qaynaqlama, həmçinin digər qaynaqlama metodlarından istifadə etmək, enerji mənbəyini yoxlamaq və uyğunlaşdırmalı
- Prosedurun tələbinə uyğun olaraq qaynaq alətlərindən istifadə etməklə, iş hissələrinin ilkin isidilməsini həyata keçirməli
- Düz, üfüqi, şaquli, 45 dərəcəlik, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmalı
- Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltməli
- Səyyar qaynaq avadanlıqlarınından istifadə etməyi bacarmalı
- Ehtiyac əsasında prosedura uyğun olaraq zədələnmiş hissələri təmir etməlidir.
Namizədə olan əlavə tələblər:
Maksimum bir il sahə üzrə iş təcrübəsi olan şəxslər və ya yeni məzunlar da, müraciət edə bilər.