Namizədə olan tələblər:
- Müvafiq vəzifədə minimum 1 il iş təcrübəsi (istehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır)
- İşgüzar və məsuliyyətli olmalı
- Analitik və tənqidi düşünmə bacarığı olmalı
- Məsuliyyətlilik, etibarlılıq və dürüstlük xüsusiyyətlərinə malik olmalı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətli olmalı
- Laboratoriya analizlərinin həyata keçirilməsinin metod və üsullarını bilməli
- Laboratoriya avadanlıqları və onlardan istifadə qaydalarını bilməli
Ümumi vəzifə öhdəlikləri:
- Laboratoriya testlərini müəyyən edilmiş prosedurlara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək
- Laboratoriya avadanlıqlarını təmiz saxlamaq və onların düzgün işləməsinə nəzarət etmək
- Sınaq-təhlil nəticələri üzrə məlumatların elektron şəkildə toplanılması və saxlanılmasını təmin etmək
- Götürülmüş xammal nümunələrinin saxlanılmasını təmin etmək
- Məhsulun istehsalı üçün yeni reseptlərin hazırlanmasında, mövcud reseptlərin məhsulun keyfiyyətinin artırılması məqsədilə yenidən nəzərdən keçirilməsində iştirak etmək
- Nəticələr barədə hesabatlılığı təmin etmək, qeydlərin mühafizə və gizliliyinə riayət etmək
- Struktur vahidi və ya birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək
Namizədə olan əlavə tələblər:
Yoxdur