Namizədə olan tələblər:
- Müvafiq sahələr üzrə Ali, Peşə, Orta ixtisas pilləsini bitirmiş olmalı
- Müvafiq sahələr üzrə beynəlxalq kurs və ya sertifikatın olması əlavə üstünlükdür
- Yaxşı səviyyədə İngilis dili biliyi
- Etibarlılıq və dürüstlük nümayiş etdirməli
- Yeni biliklər öyrənməyə açıq olmalıdır
Ümumi vəzifə öhdəlikləri:
- İstismarda olan elektrik avadanlıqlarına texniki baxış keçirilməsi
- Quraşdırılmış və ya səyyar ampermetrlər vasitəsilə elektrik naqillərində olan cərəyan şiddətinə nəzarət edilməsi
- Elektrik avadanlıqları və mühərriklərinin sökülməsi və təmir edilməsi
- Elektrik paylayıcı quruluşlarda və transformator yarımstansiyalarında gərginliyin tam söndürülməsi ilə təmir işlərinin aparılması
- Elektrik mühərriklərinin torpaqlanmasının yoxlanılması və qadağanedici lövhəciklərin quraşdırılması, zəruri hallarda çəpərləmənin aparlması
- Güc və işıqlandırma qurğularının daha mürəkkəb sxemlərinə və texnoloji prosesi avtomatik tənzimləyən avadanlıqların sxeminə xidmət edilməsi və işlərin çertyoj və sxem üzrə yerinə yetirilməsi
- Gərginliyi 1000 V-a qədər və ondan yuxarı olan kabel xətlərində təmir və bərpa işlərinin aparılması, ucluq muftaların qoyulması
- İnzibati binaların və iş otaqlarının işıqlandırma sisteminin fasiləsiz işinin təmin edilməsi
- Elektrik naqillərinin yoxlanması və dəyişdirilməsi
Namizədə olan əlavə tələblər:
Maksimum bir il sahə üzrə iş təcrübəsi olan şəxslər və ya yeni məzunlar da, müraciət edə bilərlər.