Namizədə olan tələblər:
- Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması
- Ən azı 3 (üç) il müvafiq sahədə iş təcrübəsi
- Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı
- İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı
- Liderlik və işçi heyətini idarəetmə bacarığı
Ümumi vəzifə öhdəlikləri:
- Şirkətin daxili prosedur, siyasət və qaydalarının hazırlanmasına dəstək vermək
- Struktur bölmələrin və şirkətin iştirak etdiyi digər hüquqi şəxslər üzrə müvafiq işlərin koordinasiyasını təşkil etmək
- Şirkətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını, onların icmallaşdırılmasını rəhbərliyə və müvafiq səlahiyyətli şəxslərə verilməsini təmin etmək
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillər aparmaq, maliyyə risklərini araşdırmaq
- Mütəmadi olaraq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək
- Rəhbər tərəfindən verilmiş digər işlərin icrasını həyata keçirmək
Namizədə olan əlavə tələblər:
Yoxdur