Namizədə olan tələblər:
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı
- İşgüzar və məsuliyyətli olmalı
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalı
- Beynəlxalq satınalma və logistika qaydalarını bilməli
- Planlaşdırma və təşkiletmə, komandada işləmək bacarığına malik olmalı
- Xarici və daxili bazarı tanımalı
Ümumi vəzifə öhdəlikləri:
- Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması, satınalma prosesi üzrə sənədləşdirmə işlərinin aparılması
- Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək
- Alınan məhsulların vaxtında çatdırılmasına nəzarət olunması, onların düzgün daşınması və çatdırılması işini təşkil etmək
- Görülən işlər barədə gündəlik, həftəlik və aylıq hesabatların tərtib olunması
- Tədarükçü şirkətlərlə müntəzəm danışıqların aparılması, etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək
Namizədə olan əlavə tələblər:
Yoxdur