SƏTƏM üzrə mühəndis

SƏTƏM üzrə mühəndis
  • SƏTƏM bölməsi
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2023-11-24
Namizədə olan tələblər:
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsinə malik olmalı
  • SƏTƏM sahəsində təlim metodologiyasına dair bilikləri
  • Azərbaycan Respublikasının qanunvericiliyi (Əmək Məcəlləsi, SƏTƏM sahəsində Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, Təlimatlar, digər normativlər və standartlar, habelə SƏTƏM sahəsində Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələr)
  • İSO 45001-2018 tələblərinə uyğun Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühitin qorunmasını təmin olunması ilə bağlı lazımı biliklərə malik olmaq
  • Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli
  • Yüksək səviyyədə təqdimat hazırlama qabiliyyəti
  • Yüksək ünsiyyət, təlim keçmək bacarığı, detallara qarşı diqqətlilik kimi keyfiyyətlərə malik olmalıdır

Ümumi vəzifə öhdəlikləri:
  • Yeni işə qəbul olunanlarla, podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək
  • İş yerində və peşə təlimatlarının keçirilməsini təşkil etmək və nəzarət etmək
  • Bütün işçilərin əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə müəyyən olunmuş qayda əsasında vaxtında və yüksək səviyyədə təlimatlandırılmasında və birliklərinin yoxlanılmasında iştirak və nəzarət etmək
  • Podratçı/subpodratçı təşkilatların iş sahələrində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə qanunvericiliyin və normativ sənədlərin tələblərinə əməl edilməsinə mütəmadi nəzarət olunmasında iştirak etmək
  • Təlimatlarla bağlı sənədlərin düzgün aparılmasını təşkil etmək və yoxlamaq
  • Əməliyyat sahələri üçün müvafiq SƏTƏM jurnallarının aparılmasına nəzarət etmək, müntəzəm olar riskləri yenidən qiymətləndirmək, SƏTƏM nəzarətçilərinin aşkar etdiyi məsələlərə dair məsləhət vermək və aradan qaldırma tədbirlərini həyata keçirmək
  • Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək
  • Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların, təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi sahəsi üzrə sertifikatlaşdırma, müvafiq lisenziyaların (icazələrin) və rəyinin alınması işlərinin icra olunmasında iştirak etmək.
  • Şirkətin risk qiymətləndirmələrini, təhlükəsizlik əməliyyat prosedurlarını və təhlükəsizlik tələblərini mütəmadi nəzərdən keçirmək və əməl olunmasına nəzarət etmək
  • Yanğın, elektrik, ətraf mühit, nəqliyyat və qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək, lazımlı yoxlamaları aparmaq və hesabat vermək
  • İstehsal sahələrini və iş yerlərini plakatlarla, təhlükəsizlik və xəbərdaredici nişanlarla, və digər təbliğat vasitələri ilə təmin edilməsinə nəzarət etmək və müşahidə aparmaq

Namizədə olan əlavə tələblər:

Yoxdur