Sənədlərlə iş üzrə mütəxəssis

Sənədlərlə iş üzrə mütəxəssis
  • Satınalma bölməsi
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2024-10-29
Namizədə olan tələblər:
  • Ali təhsil;
  • Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
  • Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi;
  • Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
  • Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;

Ümumi vəzifə öhdəlikləri:
  • Satınalma şöbəsinə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə ötürülməsi;
  • Satınalma müqavilələrin reyestrinin aparılması və sənədlərinin arxivlənməsinə nəzarət;
  • Satınalma müqavilələrinin (əlavələrin, razılaşmaların) tərtibatı və imzalanması prosesinin normativ sənədlərdə göstərilən qaydalarına riayət edilməsi;
  • Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
  • Müqavilədə mövcud olan öhdəliklərin icrası və yarana biləcək risklər ilə bağlı ilə aidiyyati tərəflərin məlumatlandırılması;
  • İcra olunan müqavilələrlə bağlı podratçıların (malgöndərənlərin) fəaliyyətinin dəyərləndirməsinin həyata keçiririlməsi;
  • İlkin sənədləri yoxlamaq və çatışmayan sənədlərlə bağlı proseslərin tənzimlənməsi;
  • Hesab - fakturaların vaxtında təqdim edilməsi və ödənilməsinə nəzarət edilməsi;
  • Protokollaşdırma və sənədləşdirmə ilə bağlı proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması istiqamətində işlərin idarə olunması;

Namizədə olan əlavə tələblər:

Yoxdur