Namizədə olan tələblər:
- Hüquq, iqtisadiyyat, psixologiya, biznes idarəçiliyi və ya sosial elmlər üzrə ali təhsil
- Ən azı 5 il ümumi personalın idarə edilməsi üzrə mütəxəssis kimi iş təcrübəsi
- Məşğulluq ilə əlaqəli qanun və qaydaları hərtərəfli bilmək
- İnsan Resurslarının idarəçiliyi üzrə beynəlxalq sertifikatı (CIPD, HRCI, SHRM) olan namizədlərə üstünlük veriləcəkdir
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək, ERP biliyi üstünlükdür
- Azərbaycan dilində səlis, ingilis dilində yaxşı danışmaq və yazmaq tələb olunur
- Vaxtı idarə etmək və son tarixlərə riayət etmək bacarığı
- Yaxşı analitik qabiliyyət, problemləri həll etmək və sağlam mühakimə yürütmək bacarığı
- Dürüst, peşəkar və məxfi davranmaq bacarığı
Ümumi vəzifə öhdəlikləri:
- Universitetlər, iş yarmarkaları, xarici işəgötürənlər və ənənəvi çap və onlayn nəşrlər daxil olmaqla müxtəlif vasitələrlə işə qəbul strategiyasını həyata keçirir; elanları yazır və yerləşdirir; ilkin seçim və müsahibələr aparır, namizədləri izləmək üçün məlumat bazası yaradır və saxlayır
- Şəxsi işlərin aparılması (kadr kargüzarlığı), kompensasiya və müavinətlər, məzuniyyətlər, intizam məsələləri, mübahisələr və araşdırmalar, əməyin mühafizəsi və təhlükəsizliyi, təlim və ixtisasartırma da daxil olmaqla həmçinin, bunlarla məhdudlaşmayan insan resursları proqramlarının idarə edilməsi və həyata keçirilməsi üçün tələb olunan gündəlik vəzifələri yerinə yetirir
- Peşəkar və peşə təlimləri daxil olmaqla təşkilati təlim proqramının icrasına nəzarət edir; təlim məqsədlərinə nail olmağı təmin etmək üçün təlim proqramlarının qiymətləndirilməsi və monitorinqində iştirak edir. İşçilərin təlim izləmə sistemi və təlim təminatçıları məlumat bazası yaradır və saxlayır
- İR siyasətləri, prosedurları, proqramları və layihələri ilə bağlı tövsiyələrin verilməsində rəhbərliklə əməkdaşlıq edir
- İşçilərin fəaliyyətinin idarə edilməsinə, inkişafına, davamlılığına və karyera planlaşdırılmasına dəstək verir
- İşçilərin şikayətlərini almaq və effektiv şəkildə emal etmək, işçilərlə münasibətlər sahəsində potensial problemləri əvvəlcədən müəyyənləşdirmək və rəhbərliyə çatdırmaq
- İşdən ayrılan əməkdaşlarla müsahibələr aparır və təhlil edir, dəyişiklikləri tövsiyə edir
- Dövlət əmək qanunvericiliyinə və qaydalarına, habelə tövsiyə olunan ən yaxşı təcrübələrə uyğunluğunu təmin edir; uyğunluğu təmin etmək üçün siyasət və praktik texnikalara yenidən baxır
- Müraciət edənlərin və işçilərin standart siyasətlər, müavinətlər, işə qəbul prosesləri və s.ilə bağlı tez-tez verilən suallarını cavablandırır; daha mürəkkəb sualları müvafiq yüksək səviyyəli İnsan Resursları əməkdaşlarına və ya rəhbərliyə göndərir
- İnsan resursları sənədlərinin və qeydlərinin bütövlüyünü və məxfiliyini təmin edir
Namizədə olan əlavə tələblər:
Yoxdur