Anbardar

Anbardar
  • Group Operations Department
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2026-04-20
Namizədə olan tələblər:
  • Maliyyə, anbar işi, logistika və s. sahədə orta ixtisas təhsili;
  • Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
  • Anbara aid müvafiq proqramlarda (1C, LOGO, SAP, MAXIMO və s.) sərbəst işləmə bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı.

Ümumi vəzifə öhdəlikləri:
  • Anbar qalıqlarına nəzarətin həyata keçirilməsi;
  • Anbara daxil olan mal-materialların (ehtiyat hissələri, alətlər, kimyəvi məhsullar və s.) qəbulu, çəkilməsi, düzgün yerləşdirilməsi, mühafizəsi və anbardan buraxılmasının təmin edilməsi;
  • Anbara daxil olan mal-materialların (ehtiyat hissələri, alətlər, kimyəvi məhsullar və s.) qəbulu, çəkilməsi, düzgün yerləşdirilməsi, mühafizəsi və anbardan buraxılmasının təmin edilməsi;
  • Mal-materialların anbara düzgün toplanması və müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması;
  • Materialların qəbul və təhvil verilməsinin müvafiq qaydada sənədləşdirilməsi;
  • Mal-materialların qəbulu zamanı elektron qaimə, MSDS, sertifikatlar və digər tələb olunan sənədlər əsasında yoxlanılması;
  • Daxili ERP və Excel sistemində uçotun aparılması;
  • Vaxt məhdudiyyətli məhsullar üzrə (yağlar, kimyəvi materiallar və s.) istehsal və bitmə tarixlərinin qeyd edilməsi və mütəmadi monitorinqi;
  • Anbarda saxlanılan mal-materialların hərəkəti üzrə həftəlik və aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
  • İnventarlaşdırma proseslərində aktiv iştirak etmək və uyğunsuzluqları vaxtında bildirmək;
  • Malların sifariş verən struktur bölmələrə düzgün şəkildə dəstələnərək və müvafiq sistemlərdə sənədləşdirilərək təhvil verilməsi.

Namizədə olan əlavə tələblər:

Yoxdur