Namizədə olan tələblər:
- Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- Maliyyə və ya xəzinədarlıq sahəsində minimum 3 il iş təcrübəsi (supervizor və ya koordinasiya təcrübəsi üstünlükdür)
- Beynəlxalq maliyyə sertifikatları üstünlükdür (ACCA, CFA Level 1, CIMA və s.)
- MS Office proqramlarında (xüsusilə Excel – advanced səviyyə) sərbəst işləmə bacarığı
- Maliyyə təhlili, büdcələmə və maliyyə modelləşdirmə üzrə güclü biliklər
- Bank əməliyyatları, kreditlər, likvidlik və xəzinədarlıq prosesləri üzrə praktiki təcrübə
- ERP sistemləri (SAP, 1C və s.) ilə işləmə bacarığı üstünlükdür
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı, ingilis dili biliyi üstünlükdür
- Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə bacarığı
- Komanda ilə effektiv işləmə və ünsiyyət bacarığı
Ümumi vəzifə öhdəlikləri:
- Təsdiqlənmiş büdcə çərçivəsində ödənişlərin icrasına nəzarətin həyata keçirilməsi
- Bank əməliyyatlarına və bank hesabları üzrə qalıqlara gündəlik nəzarət
- Qrup üzrə xəzinədarlıq funksiyasının inkişafı və təkmilləşdirilməsi proseslərində aktiv iştirak
- Banklarla maliyyələşmə əməliyyatlarının koordinasiyası, danışıqlarda iştirak və sənədləşmənin aparılması
- Şirkətin likvidlik mövqeyinin effektiv idarə olunması və pul axınlarının optimallaşdırılması
- Daxili və xarici kredit öhdəliklərinin (əsas borc və faizlər daxil olmaqla) izlənməsi və müvafiq hesabatların hazırlanması
- Valyuta əməliyyatlarının idarə olunması və məzənnə risklərinin minimallaşdırılması
- Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, maliyyə risklərinin qiymətləndirilməsi və rəhbərliyə analitik hesabatların təqdim edilməsi
- Pul vəsaitlərinin hərəkəti üzrə hesabatların hazırlanması (həftəlik, aylıq, rüblük və illik)
- Pul vəsaitlərinin istifadəsi üzrə planların hazırlanması və icrasına nəzarət
- Maliyyə sənədlərinin hazırlanması, dövriyyəsi və arxivləşdirilməsinin təşkili
Namizədə olan əlavə tələblər:
Yoxdur