Nəqliyyat üzrə aparıcı mütəxəssis

Nəqliyyat üzrə aparıcı mütəxəssis
  • İnzibati idarəetmə departamenti
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi:
Namizədə olan tələblər:
  • Nəqliyyat qanunvericiliyi və yol hərəkəti qaydaları üzrə bilik;
  • Nəqliyyat vasitələrinin sənədləşdirilməsi, sığorta və texniki baxış prosedurları barədə bilik;
  • Planlaşdırma, koordinasiya və analitik düşünmə bacarığı;
  • Məsuliyyətlilik, operativ qərarvermə və problem həll etmə qabiliyyəti;
  • Nəqliyyat vasitələrinin mexaniki və konstruktiv quruluşu, eləcə də ehtiyat hissələri üzrə məlumatlara sahib olmaq.

Ümumi vəzifə öhdəlikləri:
  • Şirkətin nəqliyyat xidmətinin təşkili və nəqliyyat vasitələrinin idarə olunmasına ümumi nəzarətin həyata keçirilməsi;
  • Şirkətə məxsus avtomobillərin icbari və kasko sığortalarının vaxtında rəsmiləşdirilməsi və yenilənməsinin təmin edilməsi;
  • Avtomobillərin planlı servis baxışlarının, texniki baxışlarının və dövlət qeydiyyatı ilə bağlı işlərin təşkili və icrasına nəzarət;
  • Texniki nasazlıqların və yol-nəqliyyat hadisələrinin səbəblərinin araşdırılması, müvafiq akt və hesabatların hazırlanması;
  • Nəqliyyat vasitələrinin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılması;
  • Yanacaq sifarişlərinin təşkili, sərfiyyata nəzarət və hesabatlılığın təmin edilməsi.

Namizədə olan əlavə tələblər:

Yoxdur