Baş mexanik

Baş mexanik
  • Texniki Xidmət Şöbəsi
  • STP GLOBAL CABLE
  • Elanın yerləşdirmə tarixi: 2025-06-24
Namizədə olan tələblər:
  • AutoCad proqramında sərbəst işləmək bacarığı;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Ümumi vəzifə öhdəlikləri:
  • Kabel istehsalı prosesində istifadə olunan mexaniki avadanlıqların (ekstruziya aparatları, tel çəkən maşınlar, bobin maşınları, kəsici qurğular və s.) vaxtında və keyfiyyətli təmir və texniki xidmətini təmin etmək.
  • Kabel istehsal xəttlərinin fasiləsiz işləməsi üçün profilaktik baxış və preventiv təmir işlərini planlaşdırmaq və həyata keçirmək
  • Mexanik işçi heyətinin iş qrafikini hazırlamaq, işlərin düzgün və təhlükəsiz şəkildə aparılmasına nəzarət etmək
  • Avadanlıqlarda yaranan nasazlıqları operativ şəkildə diaqnoz etmək, səbəblərini müəyyənləşdirmək və təmir prosesini təşkil etmək
  • İstehsal prosesinə uyğun olaraq, mexaniki avadanlıqların texniki parametrlərinin saxlanmasını təmin etmək
  • Ehtiyat hissələrinin düzgün və vaxtında təmin olunması üçün əlaqələri idarə etmək və ehtiyat hissələrinin inventarını izləmək
  • Yeni avadanlıqların quraşdırılması və işə salınması zamanı texniki dəstək vermək
  • İşçi heyətinə mexaniki avadanlıqların düzgün istifadəsi, təhlükəsizlik qaydaları və qəza hallarında tədbirlər barədə təlim keçmək
  • Zavodda iş təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına ciddi riayət olunmasını təmin etmək.
  • Mexanik sahə üzrə yaranan problemlər, görülən işlər və gələcək planlarla bağlı rəhbərliyə hesabat təqdim etmək
  • İstehsalın optimallaşdırılması və avadanlıqların səmərəliyinin artırılması üçün təkliflər hazırlamaq və həyata keçirmək

Namizədə olan əlavə tələblər:

Yoxdur