Namizədə olan tələblər:
- Ali iqtisadi, hüquqi təhsilə ya digər ixtisas üzrə ali təhsilə və audit yaxud əlaqədar sahələrdə iki illik iş stajına malik olmaq;
- Peşə hazırlığına və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
- Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş olmamaq;
- Vaxtın səmərəli idarəedilməsi bacarıqlarına malik olmaq;
- Analitik təhlil və strateji düşünmə qabiliyyətinə, habelə müşahidə bacarıqlarına malik olmaq;
- Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA, CFE və s) olması üstünlükdür.
Ümumi vəzifə öhdəlikləri:
- Daxili audit fəaliyyətini iş planına uyğun həyata keçirmək;
- Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit xidmətinin Əsasnaməsinə, Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə DAD Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
- Öz vəzifələrinin icrası zamanı fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaq, qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirmək;
- DAD direktorunun, təşkilati ierarxiyaya uyğun olaraq müvafiq rəhbərin, habelə qrup rəhbərinin tapşırığı ilə audit yoxlamalarını icra etmək;
- Audit yoxlamaları zamanı aşkarlanmış xüsusi əhəmiyyətli nöqsan və çatışmazlıqlar haqqında təşkilati ierarxiyaya uyğun olaraq müvafiq rəhbəri və/və ya DAD direktorunu dərhal məlumatlandırmaq;
- Daxili auditin vəzifələrinin yerinə yetirilməsində əngəllər yarandığı təqdirdə təşkilati ierarxiyaya uyğun olaraq müvafiq rəhbəri və/və ya DAD direktorunu dərhal məlumatlandırmaq;
- Audit yoxlamalarının və xüsusi araşdırmaların, habelə məsləhət xidmətləri üzrə layihələrin həyata keçirilməsini təmin etmək;
- DAD-ın Əsasnaməsindən irəli gələn və bu əsasnamə üzrə Audit Komitəsi vasitəsilə ona həvalə edilmiş digər işləri görmək, habelə audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq təcrübədə qəbul olunmuş digər vəzifələri həyata keçirmək;
Namizədə olan əlavə tələblər:
Yoxdur