Namizədə olan tələblər:
- VMware, Hyper-V və ya Nutanix virtuallaşma platformalarında dərin biliklər
- Windows Server (2019, 2022) əməliyyat sistemlərində inzibatçılıq səviyyəsində təcrübə
- Microsoft System Center Configuration Manager (SCCM) üzrə biliklər
- Active Directory, DNS, DHCP, Group Policy kimi əsas Windows xidmətlərini idarəetmə bacarıqları
- Microsoft System Center Configuration Manager (SCCM) üzrə biliklər
- Microsoft 365 platformasının idarə edilməsi üzrə biliklər
- Firewall, VPN, VLAN, QoS, ACL və şəbəkə təhlükəsizlik texnologiyalarının idarə olunması bacarığı
- Microsoft Exchange serverlərin qurulması və idarə edilməsi üzrə biliklər
- SharePoint mühitinin optimallaşdırılması və dəstəklənməsi üzrə biliklər
- Məlumatların ehtiyat nüsxələrinin yaradılması və bərpası üzrə biliklər (Veeam Backup and Replication, Nakivo, Backup Exec – Veritas və s.)
- Windows əməliyyat sistemi və virtuallaşma infrastrukturunda təhlükəsizlik tədbirlərinin tətbiqi üzrə biliklər
- Sistem monitorinqi və insiden həlli alətlərində (Zabbix, Nagios, SolarWinds, və s.) təcrübə
- Lokal və qlobal şəbəkə üzrə praktiki biliklər
Ümumi vəzifə öhdəlikləri:
- Mövcud virtuallaşma infrastrukturunun (VMware, Hyper-V, Nutanix, və s.) qurulması, idarə edilməsi və dəstəklənməsi
- Virtuallaşma texnologiyalarında sistemlərin optimallaşdırılması və performansın artırılması
- Mövcud və yeni qurulacaq VM-lərin ehtiyat nüsxələrinin təmin edilməsi və ehtiyac anında bərpa işlərinin həyata keçirilməsi
- Virtual resursların (CPU, RAM, Disk, Network) effektiv paylanması və izlənməsi
- Windows Serverlərin (Active Directory, DNS, DHCP, Group Policy, v.s.) qurulması, konfiqurasiyası və dəstəklənməsi
- Microsoft 365 platformasının və xidmətlərinin (Teams, OneDrive, SharePoint), o cümlədən Exchange serverlərin qurulması, konfiqurasiyası və dəstəklənməsi
- İstifadəçi hesablarının idarə edilməsi və icazə hüquqlarının təyin olunması
- SCCM ilə Windows əməliyyat sistemi və proqram təminatları yeniləmələrinin (updates, patches) vaxtında tətbiqi
- Windows ilə əlaqədar problemlərin müəyyən olunması və həlli
- Təşkilatın məlumatlarının müntəzəm olaraq ehtiyat nüsxələrinin yaradılmasını təmin etmək və ehtiyac halında məlumatların bərpa olunması
- Ehtiyat nüsxələrin idarə edilməsi strategiyalarının yaradılması və icrasına nəzarət
- Təhlükəsizlik qaydalarına uyğun olaraq VM-lərin və Windows serverlərin konfiqurasiya edilməsi
- Sistemlərin statusunu izləmək üçün monitorinq alətlərindən (Zabbix, Nagios, v.s.) istifadə
- Sistemin konfiqurasiyası, dəyişiklikləri və problemlərin həlli üçün texniki sənədləşmənin aparılması
- Aylıq və illik hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Namizədə olan əlavə tələblər:
VCP, NCP, MCSA, MD-102 və ya MS-900 beynəlxalq sertifikatlar