Gömrük üzrə mütəxəssis

Gömrük üzrə mütəxəssis
  • Satınalma Departamenti
  • STP GLOBAL CABLE
  • Elanın yerləşdirmə tarixi: 2025-03-17
Namizədə olan tələblər:
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • Sürücülük vəsiqəsi olmalı;
  • İşgüzar və məsuliyyətli olmalıdır.

Ümumi vəzifə öhdəlikləri:
  • Malların təchiz edilməsi üçün gömrük rəsmiləşdirilməsi işlərini təşkil edir;
  • Satışa gedən malların gömrük rəsmiləşdirilməsi işlərini həyata keçirir;
  • Terminaldan yüklərin götürülməsi və şirkətin anbarına təhvil verilməsi;
  • İdxal olunan yüklər üzrə Qısa Gömrük Bəyannaməsi və Yük Gömrük Bəyannaməsinin tərtibatı prosesinin elektron həyata keçirilməsi;
  • Hökümət portalı vasİtəsi ilə gömrük əməliyyatların həyata keçirilməsi;
  • Gömrük işlərinin təşkil edilməsinin optimal şəkildə təmin edilməsi üçün təkliflərin hazırlanmasını təmin edir;
  • İdxal və ixrac olunan nəqliyyat vasitələrinin və digər yüklərin qanunvericilikdə nəzərdə tutulan müddətdə gömrük rəsmiləşdirilməsinin təmin edilməsini təşkil etməli;
  • Gömrük işlərinin daha səmərəli qaydada təşkil olunması üçün təkliflər hazırlamalı və onların icrasını təmin etməli;
  • Rəhbərin tapşırığına əsasən hesabatların hazırlanmasını təmin etməli.

Namizədə olan əlavə tələblər:

Yoxdur