Aparıcı mühasib

Aparıcı mühasib
  • Maliyyə departamenti
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi:
Namizədə olan tələblər:
  • Logo proqramında sərbəst işləmək bacarığı arzuolunandır;
  • Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır.

Ümumi vəzifə öhdəlikləri:
  • Dövri olaraq dövriyyə-qalıq cədvəli, mənfəət-zərər və digər əlaqədar maliyyə hesabatlarını və açıqlamalarını düzgün və zamanında formalaşdırmaq və təmin etmək;
  • Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunun aparılması;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • ƏDV, Əmlak, ÖMV, Mənfəət, Vahid bəyannamələrinin və Statistika hesabatlarını hazırlamaq;
  • DSMF, Statistika və digər hesabatların tərtib və təqdim etmək;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Müəssisənin hesablaşma hesabına və kassasına daxil olan və xaric olan vəsaitlərin (pulların) uçotunu aparmaq.

Namizədə olan əlavə tələblər:

Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı; Güclü ünsiyyət, komandalarla effektiv əməkdaşlıq etmək bacarığı; Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir