Namizədə olan tələblər:
- - AutoCad proqramında sərbəst işləmək bacarığı;
- - Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- - İşgüzar və məsuliyyətli olmalıdır.
Ümumi vəzifə öhdəlikləri:
- - Texniki çizgilərin oxunması və çəkilməsi bacarığına sahib olması;
- - Texniki və sənədlər toplusunun hazırlanması;
- - Yağlanma prosedurlarını və yağların seçilmə spesifikasiyaları ilə işləmə təcrübəsinin olması;
- - Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərinin təyin və təşkil edilməsi;
- - Avadanlıqların pasportunda qeyd olunan planlı təmir qrafikinə əsasən istehsal xətlərinin və avadanlıqların təmirinə hazırlıq işləri görmək, təmirə lazım olan mal-materialların anbardan alımasını təşkil etmək, eyni zamanda anbarda olmayan materialların sifarişinin vaxtında açılmasını təmin etmək;
- - Tabeliyində olan təmirçi-çilingərlərlə təmir işlərini aparıb, sonunda icra tərtib edib xətti və ya avadanlığı istismara təhvil vermək;
- - Təmirçi çilingərlərin nizam-intizam və texniki təhlükəsizlik qaydalarına riayət edilməsənin nəzarətini aparmaq;
- - Kompressorlar və soyutma sistemləri (Çiller) barədə məlumata sahib olması;
- - Müxtəlif növ nasosların (su və vakuum) təmirində praktiki təcrübəyə sahib olması;
- - Pnevmatik və hidravlik sistemlər üzrə praktiki təcrübənin olması;
- - Ölçü alətlərindən istifadə bacarığı (ştangerpərgar, mikrometr) ;
- - Reduktorların təmirində və baxımında praktiki təcrübənin olması;
- - Boru armaturları barədə məlumata sahib olması;
- - İstilik və soyuqluq keçiricilərinin təmiri və təmizlənməsində praktiki təcrübənin olması.
Namizədə olan əlavə tələblər:
Yoxdur