Proqram meneceri

Proqram meneceri
  • Transformasiya ofisi
  • STP MMC
  • Elanın yerləşdirmə tarixi: 2024-11-29
Namizədə olan tələblər:
  • Biznes, iqtisadiyyat, mühəndislik və ya digər əlaqəli sahələrdə bakalavr dərəcəsi
  • Azərbaycan və ingilis dillərində səlis yazılı və şifahi kommunikasiya bacarığı
  • Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
  • Layihə idarəetməsində ən az 5 il təcrübə
  • Strategiyanın hazırlanması və ya transformasiya sahəsində təcrübə əlavə üstünlükdür
  • Layihə idarəetməsi üzrə proqram təminatı və alətlərindən istifadə bacarığı
  • Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti
  • Yüksək səviyyəli ünsiyyət və təqdimat bacarıqları
  • Liderlik və komanda ilə effektiv işləmək bacarığı

Ümumi vəzifə öhdəlikləri:
  • Şirkətin məqsədlərinə nail olunmasını dəstəkləmək üçün strateji təşəbbüsləri hazırlamaq və həyata keçirmək
  • Strateji təşəbbüsləri və metriksləri formalaşdırmaq, onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək
  • Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək
  • İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək
  • Şirkət səviyyəsində strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər haqqında məlumatlılığı təmin etmək
  • Qlobal və yerli bazarda yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq
  • Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçiləri cəlb etmək və onları istiqamətləndirmək
  • Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə hesabatlar və təkliflər vermək

Namizədə olan əlavə tələblər:

Yoxdur